İsrailin Ankaradakı səfiri Qabi Levi səfərdə olduğu Türkiyənin Trabzon vilayətində tələbələrin yumurta atəşinə məruz qalıb
Türkiyə Servisi/Aran Agentliyi
İslam-Azeri.az İnternet Qəzetinin istinadlı xəbərinə görə, İsrailin Ankaradakı səfiri Qabi Levi səfərdə olduğu Türkiyənin Trabzon vilayətində tələbələrin yumurta atəşinə məruz qalıb.
Hadisə səfirin Qaradəniz Texniki Universitetinin rektorluğu ilə görüşü əsnasında baş verib.
Daha sonra səfirə yumurta atan tələbələrlə təhlükəsizlik xidmətinin əməkdaşları arasında qarşıdurma baş verib.
Levi, ziyarətini yarımçıq qoyaraq universiteti tərk edib.
İsrailin Türkiyədəki səfiri dünən də Rize vilayətində Ədalət və İnkişaf Partiyasından olan bələdiyyə başçısı Xəlil Bakırçının tənqidlərinə məruz qalıb.
Onunla görüşə gələn səfirə bələdiyyə başçısı belə deyib: "İsrailin işğalçı siyasəti davam etdikcə, Türk xalqının İsrailə qarşı mövqeyi dəyişməyəcək. İsrail qonşularına baxışını dəyişdirməlidir".
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan isə Rize bələdiyyə başçısına zəng edərək hadisə ilə bağlı məlumat alıb.