Azərbaycan Servisi/Aran Agentliyi
Xülasə
Qafqazdan danışarkən hər bir iranlı İrandan ayrılmış 17 şəhəri həsrətlə xatırlayır.bu şəhərlər XIX əsrin əvvəllərində İrandan ayrıldı və Rusiyaya verildi.bu şəhərlər haqqında məlumat o qədər də yazılmayıb.bu mövzudan xəbərdar olmaq hər kəsə lazımdır və vacib mövzulardan biri də şəhərlərin adını qeyd etmək və hər bir iranli ərazi bütövlüyü qorumalı və milli mənafelərindən himayə etməlidir.
Giriş
Qafqaz sıra dağları İranın şimal-qərbində Qara dənizin şimalında Taman yarımadanın şimal-qərb, cənub-şərqdən(Azof və Qara dənizin ortasında) Abşuran yarımad(rusca Apşeron) Xəzərin qərbində (Azərbaycan respublikasında, Bakı şəhəri)1500 km uzunluğundadır.ən yüksək yeri Əlburz dağı(Elburus)okeandan ucalığı 5600 metrdir.Qafqaz sıra dağların (Böyük və Kiçik Qafqaz) əhatə etdiyi bölgəyə Qafqaz deyilir.bu ərazi şərqdən Xəzərin qərb sahillərinə, qərbdən Qara dənizin şərq və şimal- şərqinə, şimaldan Rusiyanın cənub bozqurlarına və Cənubdan İrana, cənub-qərbdən Türkiyəyə məhdudlaşır.Qafqazın sahəsi 300 min km2 və əhalisi 25 milyon nəfərdir.böyük Qafqaz sıradağlar iki hissəyə “Cənubi Qafqaz” , şimali hissə isə “Şimali Qafqaz”ayrılır.
Cənubi Qafqazda sıra ilə şərqdən-qərbə doğru Azərbaycan respublikası, Ermənistan və Gürcüstan müstəqil respublikalardır.Şimali Qafqazda şərqdən-qərbə doğru Dağıstan muxtar respublika, Çeçen, İnquş, Şimali Osetiya(Alaniya= İran mənşəli Alanların ərazisi), Qabardin-Balkar,Qaraçay-Çərkəs və Adıgey Rusiya federasiyasındadır.
Qafqaz İran mənşəli sözdür.iki hissədən (Kəp= böyük)və (Ke=kuh (dağın) qısadımış formasıdır) Ferdovsi min il bundan öncə yazmış şahnaməsində Qaf adlı dağın adını qeyd edib.həmin dağ Qafqazdır.ərəbcə Qəbəq, ruscada Kavkaz və Azərbaycanda Qafqaz deyilir.
1813-cü ildə Gülüstan və 1828-ci ildə Türkmənçay müqaviləsi imzalanmadan öncə İranla Rusiya arasında sərhəd yox idi.ancaq XVI əsrin əvvəllərində bir sıra yerlər sərhəd kimi iki ölkəni bir-birindən ayırdı ancaq qeyd olunmuş sərhəd iki ölkə arasında məhdudiyyət yaratmadı.
İran və Rusiya arasında olan sərhəd İranın məğlubiyyətindən sonra təyin edildi.İranın məğlubiyyətindən sonra Qafqazda İranın bütün sərhədi Əfqanistan və Orta asiyaya idi.və bu ərazilərdə İran mədəniyyətin varlığı bir daha sübut edir ki, bu ərazi İrana aid idi.
Səfəvilərin sonlarında İsfəhanda səfəvilərin sonucu şahı, Şah Sultan Hüseyn hakemiyyətdən uzaqlaşdırıldı.1 beləliklə səfəvilər zəiflədi və Rusiyada böyük Pyotr hakimiyyəti ələ keçirtdi.eyni zamanda Osmanlı dövləti Avropa, Rusiya və İranla müxtəlif müharibələrə görə işğal etmiş ərazilərini əldən verdi və zəiflədi.Rusiya və sonra sovet hakemiyyətin geostateji mövqeləri zəiflədiyi üçün məntəqədəki ölkələrin geostratejiyasına nüfuz etdi.əgər böyük pyotrin vəsiyyəti doğru olmasa, belə bir şayiənin yayılması göstərir ki, Rus xalqı dənizə sahib olmaq istəyir.
Beləliklə Qaqaz çar, sovet və indiki Rusiya üçün stateji baxımdan əhəmiyyətlidir.sovet hakemiyyəti dağıldıqdan sonra Rusiya çalışır müxtəlif müqavillələrlə öz mövqeyini Qafqazda qorusun. Rusiyanın müdafiəsiz olan cənub hissəsini Qafqaz sıra dağları qoruyur.Çeçen bu ərazinin mərkəzində yerləşdiyi üçün əgər müstəqilliyini alsa, Rusiyanın ərazi bütövlüyünü təhlükəyə salar.buna görə də Rusiya cənuba diqqəti çoxdur.İran və Rusiya sərhədi, İran sovet sərhədi və sovet hakemiyyəti dağıdıqdan sonra İran və Qafqaz sərhədi(Naxçıvan muxtar respublika, Ermənistan və Azərbaycan respublikası)qərbdən-şərqə olan sərhəd İran və Rusiya mühariələrində imzalanan müqavilələr əsasında- Gülüstan(1813)və Türkmənçay(1828)-təyin edilib.Qarasu və Araz çaylarının birləşdiyi nöqtə, ağrıdağda Darkilandan başlayaraq Astara çaya qədər İran və Azərbaycan Astaraların arasından Xəzər dənizinə kimi davam edir.bu sərhədin uzunluğu 807 km (204 km Naxçıvanla, 563 km Azərbaycanla və 41 km Ermənistanla)dir.
XVIII əsrin sonlarında və XIX əsrin əvvələrində Qafqazın mövqeyi
Qafqaz İranın şimal-qərbində Osmanlı imperatorluğunun şimal-şərqində yerləşir və hər iki cəhətdən İran və Osmanlı üçün əhəmiyyətlidir.ilk strateji mövqeyi və sonra coğrafi mövqeyi(şimal-cənub)və (şərq-qərb) əlaqə yaratmaq üçün bir körpüdür.bunlardan əlavə Qafqaz İslami bölgə olduğu üçün hər iki hakemiyyətə əhəmiyyətlidir.Qafqazın coğrafi mövqeyi Rusiyanın cənubuna nüfuz etməyə mane törədir.müsəlmanlar rusların cənuba nüfuz etməsinə qarşıdırlar.(XVIII əsrin sonları XIX əsrin əvvələrində Şimali Qafqazdakı müsəlmanlarla rusların müharibəsi)
Qafqazın şərqində Xəzər dənizi yerləşir.Xəzər dənizi İran, Osmanlı və Rusiya üçün əhəmiyyətlidir.bu dövrdə krım xanlığı osmanlı imperatorluğu ilə müttəfiq idi. Krım və Osmanlı dövləti bir-biri ilə əlaqə yaratmaq üçün Qafqaz onlar üçün daha əhəmiyyətlidir.osmanlılar Qafqazdakı müsəlmanlarla və Krım xanlığı arasında coğrafi birliyi yaratmaq üçün cənubi və şimali Qafqaza sahib olmalı idi.osmanlılar Qara dənizin vasitəsi ilə krım xanlığı ilə əlaqə yarada bilmirdi.Qara dənizin şimali hissəsi Rusiyanın ixtiyarında olduğu üçün osmanlılara əlaqə yaratmağa imkan vermirdi.beləliklə osmanlılar şərqdən cənubi Qafqaza sahib olmaq üçün və oradan Xəzərin qərb sahilindən Dağıstana və sonra şimali Qafqaza və Krım xanığı ilə əlaqə yarada bilərdi.
Bu yolla həm Xəzərə sahib ola bilərdi, həm də Xəzərin şərqində (özbəklər və başqa sünni məzhəb türk müsəlmanlar)olan müttəfiqləri ilə əlaqə yarada bilərdi.ancaq osmanlıların iki maneəsi var idi.birinci mane iki xristian şahzadə Gürcüstan və Ermənistan və sonra Arazın şimalındakı şiə məzhəb xanlıqlar.bu xanlıqlar İrana tabe idi. şiə sünni arasında olan ixtilaflara görə osmanlılara maraqları yox idi.ancaq Qafqazın şimalında müsəlmanlar sünni olduğu üçün osmanlılara tabe idi.bundan başqa cənubi Qafqaz İranın əhatəsində idi.
Osmanlılar Qafqaza hücum etdiyi zaman İran sərhədləri təhdid edildi.buna görə İran və Osmanlı arasında müharibə oldu.bu müharibə 300 illik müharibəyə məşhurdur. ilk müharibə 1514-cu ildə Sultan Səlim Osmanlı və Şah İsmail Səfəvi arasında oldu.bu müharibədə İran məğlub oldu.sonuncu müharibə 1736-cı ildə Nadir şah Əfşar və Sultan Səlim Osmanlı arasında baş verdi.bu müharibədə İran qalib oldu.və beləliklə İran Osmanlı arasında müharibələr sona çatdı. osmanlıların Qafqazda iştiraki Rusiyanın cənubuna təhdid idi.və osmanlılar cənuba doğru hərəkət etdi.gürcülər və ermənilər müsəlmanların(iran və osmanlı)hücumuna məruz qalmamaq üçün ruslardan yardım istədilər.1801-ci ildə Gürcüstan rusiyaya tabe olaraq İranın etirazına səbəb oldu.Rusiya cənubi Qafqazda mövqeyini möhkəmlədirdi.şimali Qafqazda müsəlmanlar Rusiya ilə müharibə edirdilər.
Qafqazda Rusiyanın iştirakı
XVI əsrin ortalarında Terek çayından Rusiya hücuma başladı.İvan Məxov 1552-ci ildə Qazan xanlığını və 1556-cı ildə Astaraxanı(Həştərxan/Hacı Tərxan)işğal etdi.həmin dövrdə Rusiyanın sərhədi Terek çayına qədər idi.XVIII əsrdə İslami sərhədlər (Rusiyada)Qafqazın şimalında Terek çayının istiqamətində və Türküstanda sır dənizinə kimi idi.
1587-ci ildə ruslar Şimali Qafqazda Terekə çatdılar və orada qala inşa etdilər.(Benigsen, Braksap və başqaları səh 34).
1604-cu ildə Qafqazın şimalına hücum etdi.bu hücumdan məqsəd Dağıstanı işğal etmək idi.və bu yolla Ruslar İrana daxil ola bildilər.ancaq Dağıstanlılar osmanlıların yardımı ilə rusları məğlub etdilər.rusların bütün qalalarını qarət etdilər və Astaraxana qədər geri çəkildilər.(həmin mənbə, səh 35-36).
Səfəvilər dövründə İran Qafqaza hakim oldu və 1652-ci ildə II şah Abbas ruslar tərəfindən inşa edilən bütün qalaları dağıtdı.Şirvanın bəylərbəy və Dağıstanın Sərxay xan şamxan və bir sıra hakimləri Şah Abbasın əmri ilə Qafqaza hücum etdilər.bir neçə dəfə ruslarla müharibə etdikdən sonra ruslar məğlub oldular.(Abbasnamə, səh 159-160).
böyük Pyotrinin hakimiyyətindən 12 il sonra 1682-ci ildə Şah Sultan Hüseyn İranda hakimiyyətə çatdı.(Cəmalzadə, səh 169)
səfəvilərdən sonra İran hakimiyyəti zəiflədi.ruslar cənubu işğal etdilər və Gürcüstanla qonşu oldular.İran tərəfindən gürcülər təhlükədə olduğu zaman İranın əleyhinə ruslardan yardım istəyirdilər.(səid Nəfisi, I cild, səh 66)
böyük Pyotrinin məqsədi İranın vasitəsi ilə Hindistanla əlaqə yaratmaq idi.bu haqda çoxlu işlər gördülər. beləki məşhur Romanov 1621-ci ildə Xivə xanı ilə əlaqə saxladı və ondan sonra müavini Aleksi, 1646 və 1675-ci illərdə Hindistana bir neçə nəfər tacir göndərdi.ancaq bu işdə uğursuz oldu.nəhayət 1759-cu ildə bir sıra Rus tacirləri Hindistanda var idilər.(Cəmalzadə, səh 170)
böyük pyotrinin məqsədi Rusiyanı iqtisadi və siyasi sahələrdə inkişaf etdirmək idi.buna görə də İranla əlaqə yaratmağa məcbur idi.buna görə də 1711-ci ildə Şah Sultan Hüseynlə ticarət müqavilələri imzalamaq üçün İrana elçi göndərdi.
Şah Sultan Hüseyn elçini yaxşı qarşıladı.Rus nümayəndəsi şahdan xahiş etdi ki, erməni tacirlərə əmr etsin ki mallarını Trabzon və İzmirdən Avropaya göndərməsinlər və Rusiyanın vasitəsi ilə Avropaya göndərsinlər, xüsusi ilə İran ipəyi Rusiyadan Avropa göndərilsin.bu dövrdə İran, Hindistanın dəniz yolu ilə və ya Türkiyə və Hələbdən Avropaya mal göndərildi.(Tacbəxş, səh 7)
Böyük pyotr Xəzərin cənubuna sahib olmaq üçün 1715-ci ildə Artomi və Velenski İsfahana səfəvilərin sarayına göndərdi.böyük Pyotr İranla imzalanan ticarət müqavilələrində ona tam ixtiyar vermişdir.(Cəmalzadə, həmin mənbə)
Böyük pyotrin məqsəsi Xəzərin ətrafında yerləşən əyalətlərdən, çaylar və limanlardan və Gilanın əyalətlərindən tədqiq etmək idi.Rusiyanın səfiri 1716-cı ildə İsfəhana daxil oldu.səfir İranın müxtəlif yerlərini və ictimai vəziyyətini araşdırdı və pyotrə raport verərək elan etdi ki, Rusiya az ordu ilə də İranı fəth edə bilər.o, 1718-ci ildə Rusiyaya qayıdarkən Şamaxıda qaldı və tədqiqata başladı.Qafqaz haqqında olan raportunu Rusiyaya göndərdi.bu raporta əsasən İranın Qafqazda hakimiyyəti çox zəifdir və Qafqazın xristianları, xüsusi ilə gürcülər Rusiyaya maraqları çoxdur.
Rusiya İsveçlə müharibədə olduğu halda İranı işğal etmək üçün 1132 h.q ildə rus ordusundan Baskakovu İrana göndərdi.o, Terek çayından Gilan sahillərinə qədər araşdırdı və məlumatı hərbi qüvvələrə göndərdi.
1720-ci ildə Rusiya İsveçlə sülh müqaviləsi imzaladı.1124-cü ilin (h.q)yay ayında Davudxan Dağıstani Ləzgidə və Dağıstanda hərc-mərclik törətməklə Şamaxıya hücum etdi.Şamaxıda yaşayan ruslara xəsarət yetirdi.əfqanlar İsfahana hücum etdilər və böyük Pyotr bu fürsətdən istifadə edib İrana hücum etdi.
Böyük Pyotr 1722-ci ildə İrana tabe olan özbəklər tərəfindən Çərkaski şahzadəsi qətlə yetirdikləri üçün 30 min nəfərlik ordu ilə cənubdan Volqa çayından hücum etdi.hücumdan öncə 1134-cü(h.q)ildə türk və fars dilində manifest yaydılar.o, 8 şəvval Xəzər dənizinə daxil oldu.və 13 gün ərzində Terek çayına çatdı ləzgiləri özünə tabe etdi.Qafqaz dağlarını aşaraq Dağıstana daxil oldu və həmin il Dağıstanın paytaxtı Dərbəndi işğal etdi.(Cəmalzadə, səh 174-175, Sovet Azərbaycan ensiklopediyası, VII cild)
Böyük pyotr Dərbəndə çatmamışdan öncə İrandakı nümayəndəsinə məktub yazaraq Qafqaza hücum etməkdən məqsədini iğtişaşçılarla mübarizə etmək olduğunu söyləmişdir.əgər İran dövləti daxili iğtişaşçılarla mübarizə etmək istəyirsə, Rusiya yardım etməyə hazırdır.
Bakının işğalı o qədər də asan iş deyildir.azuqənin bitməsi, qışın soyuqluğu Rus ordusunu məcburiyyət qarşısında geri çəkdirdi.Hacı Tərxana doğru hərəkət edərək Sulak çayının sahilində Təmərxan Şuranın şimalında əzəmətli binalar inşa etdi, həmin binalar “Müqəddəs Səlib”adına məşhurdur.(Cəmalzadə, səh 178)
1724-cü ildə Böyük Pyotr İranın hərc-mərcliyindən istifadə edərək Osmanlı dövləti ilə müzakirə etdi.bu müzakirələrə əsasən Osmanlı və Rusiya dövlətləri İranın qərb və şimal ərazilərini işğal edəcəklər. Səfəvilər iqtidarlı hakimiyyət olduğu üçün Osmanlılar İranın heç bir ərazisi işğal edə bilməmişdirlər.İran dövlətinin zəifliyindən istifadə edən osmanlılar Rusiyanın təklifini qəbul etdilər.1724-cü ildə iki dövlət arasında mqavilə imzalandı.bu müqaviləyə əsasən Rusiya Şirvan, Dağıstan, Azərbaycan, Gilan, Mazəndəranı və Osmanlı dövləti Təbriz, Həmədan, Kirmanşah və ətraf şəhərləri işğal etdilər.(Tacbəxş, səh 8)
Pyotrin ölümündən sonra 1725-ci ildə Ana İvanova(1730-1740)hakimiyyətə çatdı. Rus ordusunda yolxucu xəstəliyin yayılmasına görə dövlət Xəzər ətrafındakı əyalətlərdən ordusunu geri çağırdı.61090 nəfər əsgərdən 26 644 nəfər sağ qalmışdır.
1732-ci ildə II şah Təhmasib İranda hakimiyyətə çatdı sonra Təhmasib Quluxan (ondan sonra Nadir şah)hakimiyyətə gəldi.
1729-cu ildə Əşrəf əfqan, İran ərazisindən Rusiyaya bağışlamışdır.Quluxan Rusiyadan işğal olunmuş ərazilərini geri istədi.Rusiya 1732-ci ildə Bakı və Dağıstandan başqa bütün əyalətləri geri qaytardı.
Quluxan İranda hərc-mərcliyi aradan qaldırmaq üçün ilk Gəncəyə hücum etdi.ruslarla müqavilə imzaladı.müqaviləyə əsasən ruslar İranın bütün ərazisi azad etməlidir.(Tacbəxş, səh 8, 9)
Pyotrin vəsiyyətindən(1725)bütün çarlar və hətta sovet hakimiyyətində də istifadə edildi.vəsiyyətə əsasən Hindistan varlı ölkədir oranı ələ keçirmək üçün bütün maneələri ortadan qadırın.İranı məhv etməklə Fars körfəzinə nüfuz edin.
Rusiya 1735-1739-cu illərdə osmanlı və krımlərlə müharibə etdi.1741-43-cü illərdə İsveçrə və 1768-1774-cü illərdə osmanlı, 1788-1790-cı illərdə isə İsveçrə ilə müharibə etdi.
II katrin 1791-ci ilin yanvar ayının 22-də Potiomekin məktub göndərərək yazdı:- Amerika və Sibirə getmək çox asandır, ancaq Qafqaza daxil olmaq çox çətin işdir.(Əsədov, səh 19-20)
Ordu Potiomekinin əmri ilə Xəzərə doğru hərəkət etdi.ordunun başçısı Grafvinoviç idi.
O, Ağa Məhəmmədxan Qacarla gizili müzkirə etdi.və elan etdi ki, İran nə zaman Qafqaza hücum etsə, Rusiya ona maneçilik törətməyəcək.beləliklə 1791-ci ilin april ayında İran və Rusiya arasında yenidən dostluq münasibətləri yarandı.
Cənubi Qafqaza Ağa məhəmədxan Qacar hücum etdiyi zaman Rusiya heç bir maneçilik törətmədi.Ağa məhəmədxan Qacar 1796-cı ilin qış ayını Muğanda keçirtdi.İrana gələn kimi Rusiya Cənubi Qafqaza hücum etdi.xanlıqları İranın əleyhinə hazırladı.beləliklə XIX əsrin əvvəllərində Rusiya bölgəni işğal etdi.beləliklə gürcüstan 1801-ci ildə Rusiyaya birləşdi.(həmin mənbə, səh 21)
1795-ci ildə İrana hücum etməyə hazırlaşdılar.bu zaman II Katrin Rusiyanın imperatoru idi .30 min nəfərlik ordu ilə Kilsədən hücuma başladı.Qafqaza hücum xəbərini eşidən xristianlar (erməni və gürcülər) erməni keşişlər hədiyələrlə Rus ordusunu Dağıstanda qarşıladılar.erməni keşişlər, Dağıstanın erməniləri ilə müttəfiq oldular.1796-cı ilin may ayının ikisində Dərbənd işğal oldu.74 ildən sonra Dərbən ruslar tərəfindən işğal edilmişdir.Dərbəndən sonra Quba və Şamaxı işğal edildi.
Qarabağ, Gəncə, Talış və Şəki xanlıqları da Rusiyaya təslim oldular.Avqust ayında Rus ordusu Bakıya daxil oldu.(Əsədov, səh 23-25)
Rusiya açıq dənizlərə sahib olmaq üçün iki cəhətə görə Cənuba hərəkət etdi.biri Orta Asiyadan xivə və Xarəzm xanlıqlarından Əfqanistana, Hindistana və sonra əmman dənizinə.başqa bir tərəfdən isə Qafqazdan irana ya anadoluya və oradan Fars Körfəzinə.Rusiyanın cənuba doğru hərəkəti İngiltərənin müstəmləkəsini təhlükəyə salırdı.
Buna görə də İngiltərə İranla Osmanlı arasında müharibənin davamını və Rusiyanın qarşısında zəifləməyi istəmirdi.İngiltərə hər zaman Səfəvi dövründə Rusiyanın qarşısında dayanmağı tələb edirdi.silah baxımından İrana çoxlu yardımlar etdi.Ərzərumda keçirilən konfrans və ondan sonra 1847-ci ildə İran və Osmanlı arasında imzalanan Ərzərum müqaviləsi müharibəyə son verdi.
Rusiya cənuba sahib olmaq üçün iki maneəsi var idi: 1-Qafqazda müsəlmanların mübarizəsi , xüsusi ilə Şimali Qafqazda(50 il Rusiyanın qarşısında dayandılar, o cümlədəm dağıstanlı İmam Şamil və onun tərəfindən şimali Qafqazda təşkil olunmuş İmamstan nizamı)Rusiya Cənubi Qafqaza hücum etdi və İran məğlub oldu iki müharibədə imzalanan Gülüstan müqaviləsi(1813)və Türkmənçay müqaviləsi(1828)əsasında Rusiya Şimali Qafqazda yerini möhkəmləndirdi. “Gürcüstanın Hərbi Yolu”2 nu inşa etməklə Rusiyanın cənub bölgəsi Terek çayını keçməklə Tiflisə getmək mümkün oldu və beləliklə Cənubi Qafqazda Rusiya mövqeyini möhkəmləndirdi.
Buna baxmayaraq ki, İran və Osmanlı dövləti müsəlman dövlətdirlər, ancaq heç bir zaman müttəfiq olmadılar.ixtilafların davamı hər iki dövlətin zəifləşməsinə və bu vəziyyətdən Avropa ölkləri faydalandı.bundan əlavə Osmanlı və İranın ortaq düşməni-Rusiya-olmalarına baxmayaraq heç bir zaman Rusiyanın əleyhinə birləşmədilər.nəhayət iki dövlət müxtəlif savaşların nəticəsində zəifləyərək Rusiya Qafqaza daxil oldu, həm İran, həm də Osmanlılar mühüm ərazilərini əldən verdilər.
Rusiya Cənubi Qafqaza daxil olmaq üçün, Şimali Qafqazdan və böyük Qafqaz dağlarından –burada Şimali Qafqazın köçəri tayfaları yaşayırdı-keçməlidi.bu tayfaların əksəriyyəti müsəlman idi və rusları kafər bilirdi.cənuba doğru rusların qarşısını almaq üçün “Uşurma Mənsur”çeçenlərin şeyxi cihad hökmü verdi.6 il müqəddəs müharibədə rusların qarşısında müqavimət etdilər və onların qarşısını aldılar.
Rusiya cənubi Qafqazdakı şahzadə xristianlara yardım etməklə Qafqazın təbii sərhədlərinə çatdı.böyük Qafqaz dağları və xalqın müqaviməti ilə üzləşən Rusiya daqğlardan keçə bilmirdi.1784-cü ilə Rusiya Qafqaz dağların içərisində “Qafqaz Viladisi”(Qafqaz hakimi), Terek dərəsində və Qafqazın darvazasında “Daryal boğazı” inşa etdi.ondan sonra Rus generalları “Gürcüstanın hərbi yolunu”inşa etdilər. “I Pol” Rusiyanın imperatoru (II Katrinin oğlu)Rus ordusunu Tiflsə gödərdi.və Cənubi Qafqaza ilk hücumu idi. Bu hücumda Gürcüstanın şahı 1801-ci ildə Rusiya ilə müqavilə imzaladı.bu müqaviləyə əsasən Gürcüstan tam şəkildə Rusiyaya tabe oldu.
İşğalların ardınca İran və Rus arasında ikinci müharibə oldu.birinci müharibədə 1803, 1813-cü illərdə Gülüstan müqaviləsi imzalandı.bu müqavilədə Arazın şimalında yerləşən Qarabağ əyaləti, Gəncə, Şəki xanlığı, Şirvan, Quba, Dərbənd, Badkubə, Talış, Dağıstan, Gürcüstan, Şöragöl mahallı, Açıqbaş, Goriya, Məngərliya, Abxaziya Rusiyaya verildi.Qafqazda İranla Rusiya sərhədi şimal-qərdən cənub-şərqə kimi 2 maddədə təyin edilib.
İran və Rusiya üçün müharibələrin əhəmiyyəti
· İran müharibələrdə daima özündən müdafiə edib.həmişə Rusiya müharibələri başlayıb, Qafqaz və İranın ərazisinə hücum edib.
· Rusiya, İran və Osmanlıların hüququna təcavüz edib.qeyd olunduğu kimi Rusiyanın məqsədi bu müharibələrdən imperatorluğunu genişləndirmək idi.
· Rusiya Gülüstan və Türkmənçay müqavilələrini İrana zorla imzalatdırdı.Qafqazın işğalını qanuniləşdirmək üçün müqavilələri İrana imzalatdırdı. Rusiya bilirdi Qafqaz İrana aiddir və bu müqavilələri imzalamaqla Rusiya ərazi iddiasını möhkəmləndirdi.halbuki Rusiya mqavilələri imzalamadan da ərazini işğal edə bilərdi.
· Azərbaycan Respublikasında bir sıra şəxslər iddia edirlər ki, bu ərazilər müstəqil feodal şəklində idarə olunub, İran və Rusiya bu əraziləri öz aralarında bölüşdürüblər.onlar bilməlidirlər ki, bu ərazilər İrana aid idi və tarixi təhrif etməməlidirlər.
İranın məğlubiyyətinə səbəb olan amillər və sərhədlərin təyin edilməsi
XVI əsrin əvvəllərində səfəvilərin hakimiyyəti dövründə iki müsəlman ölkə İran və Osmanlıların güclü dövlət olduğunu ehtimal edən Avropa ölkələri milli mənafelərini təhlükədə olduğunu hiss etdilər.buna görə bu dövlətlər çalışdılar hər iki dövləti zəiflətsinlər.
Ingiltərə Hindistanı işğal etməklə öz müstəmləkəsini artırdı.Osmanlı və Rusiya cənuba doğru hərəkət etməklə İngiltərənin mövqeyini təhlükəyə salırdı.buna görə də İngiltərə çalışırdı bu dövlətlər öz ətrafındakı dövlətlərlə müharibə etməklə İngiltərənin mənafeyinə toxunmasınlar.
Gürcü xanlıqlar və hakimlər İranın əleyhinə Rusiyadan yardım istədilər.1558-ci ildə Kaxtının hakimi Livan Çar hakimiyyətindən IV İvandan yardım istədi və Şah Abbas dövründə Gürcüstanın hakimi Alksandr Buris Qodnovdan İranın əleyhinə yardım istədi. 1619-cu ildə Gürcüstan Mixayil Feodroviçə səfir göndərdi.Rusiya dövləti ilə mütfiq olmaqla Gürcüstan İranın tabeyyətindən çıxsın.XVIII əsrin 80-ci illərində Herkliyusun səyləri nəticəsində Gürcüstan Rusiyanın himayəsi altında oldu.gürcüstanın müstəqillik iddiası və Rusiyanın himayəsi və Səfəvilərin zəifləməsi, Əfşar və zəndiyyələrin diqqətsizliyi Gürcüstanın ayrılmasına səbəb oldu.
Ağa Məhəməd xan Qacar dövründə 1782-ci ildə Herkliyus Rusiyanın imperatoru, II katrinlə müqavilə imzaladı.həmin müqaviləyə əsasən Gücüstanın xarici siyasəti Rusiyanın nəzarəti altındadır.
Ağa məhəmmədxan Herkliyusa məktub yazaraq ondan istəyir İranın tabeyyətini yenidən qəbul etsin.ancaq Herkliyus bu təklifi qəbul etmədi.Ağa Məhəmmədxan Qacar 1795-ci ilin yayında 50 min nəfərlik ordu ilə zaqafqaziyaya hücum etdi.və sentyabr ayında Gürcüstanın paytaxtını geri aldı və şəhəri qarət etdi.Katrina Gürcüstanın məğlubiyyətini eşidən kimi İrana hücum etdi.bu hücumda ruslar Dərbəndi fəth edərək Badkubəyə doğru hərəkət etdi.bu ərazi Lənkərana kimi Gilan sahillərini işğal etdi.və oradan Gilan əyaləti, yəni Ənzəli və Rəşti təhlükəyə saldı.II katerinanın ölümündən sonra 1796-cı ildə və Ağa məhəmədxan da həmin ildə öldü.I Pavelin əmri ilə Şuşadan ordu geri çəkildi.ruslar Şəki, Şirvan və Gürcüstanı azad etdilər.
Məğlubiyyətə səbəb bunlardır:
· I Aleksandrın oğlu Pavel Gürcüstanı Rusiyaya tabe etdi.dövlət və başqa orqanlarda ruslar çalışdılar.
· Fətəli şah dövründə çoxlu səylər oldu ki, Gürcüstanın hakimiyyəti İrana verilsin.
İran və Rusiya müharibəsi gürcü, Sisiyanovun başçılığı ilə başlandı. Bakının hakimi Hüseynqulu xan, Sisiyanovu öldürdü.
· Rusiya üçün Qafqaz çox əhəmiyyətli idi.buna görə də ordu başçıları və şahzadələr Rus vətəndaşları idi.
· Sərhəd ətrafında dağınıq şəkildə müharibələrin davamı
· İranın ordu başçısı Abbas Mirzə idi.onun hərbi elmi yox idi.
· Təcrübəli Rus generalların qarşısında Abbas Mirzənin təcrübəsizliyi
· Qabaqcıl silahların yoxluğu
· Mili ordunun yoxluğu
· Dövlətin orduya heç bir maddı yardım etməməsi
· Avropa ölkələri İranda istismar siyasəti, iranın mövqeyi, Fransa, Rusiya və İngiltərə ilə müxtəlif müqavilələrin imzalanması.bütün müqavilələr İranın əleyhinə idi və Qeyd olunmuş ölkələrin nəfinə idi.
· Hindistanın fəthi üçün Napelonun planı və Hindistanı qorumaq üçün İngiltərənin səyləri və açıq dənizlərə sahib olmaq üçün Rusiyanın səyləri.bunlar İranı böhranı vəziyyətə salmışdır.nəhayət İranın bir çox ərazisi işğal edildi.
· XIX əsrin əvvələrində İran xalqı siyasətdən xəbərsiz idilər.və bacarıqsız hakimlər İranı böhranı vəziyyətə saldılar.
· əgər Rusların Göyçaya hücumuna Fətəlişah etinasız olsaydı, müharibənin ikinci dövrü başlamazdı.və İranın başqa bir hissəsi işğal edilməzdi.(Türkmənçay müqaviləsi)hətta Fətəlişah üçüncü müharibənin fikrindəydi.
· Dünyanın ümumi siyasətindən xəbərsiz olan İran dövlətini günahlandırmaq olamaz.bugünkü imkanları o dövr ilə müqayisə etmək düzgün deyil.
Buna baxmayaraq ki, “Tilist” müqaviləsi imzalanmışdır.ancaq İran bundan xəbərsiz idi.Və Napelonun yardımını gözləyirdi.İngiltərə Napelonun əleyhinə olaraq Rusiya ilə müttəfiq oldu.İran bu müttəfqlikdən xəbərsiz idi və İngiltərənin yardımını gözləyən İran Rusiya ilə müharibəni davam etdirdi.halbuki, İran və Rusiya müharibəsi İngiltərənin siyasətinə uyğun deyildir və İranı məcbur etdi ruslarla sülh etsin.hətta İngiltərə mübaribədə dəyən ziyanlara görə İrana kredit verdi.niyə?çünki bundan artıq Rusiya İran ərazisini işğal etməsin və Hindistana yaxınlaşmasın.İngiltərənin mənafeyi təhlükəyə düşməsin.
· Zahirdə İran və Rusiya sülh etdilər.ancaq əslində üç dövlət Rusiya, İngiltərə və Fransa siyasi və iqtisadi məsələlər üzrə bir-biri ilə mübarizə edirdilər.və İran bu müharibənin meydanı idi.hətta üç ölkə öz mənafelərinə görə İran dövlətinin əleyhinə müqavilə imzaladılar.İran dövləti bunlardan xəbərsiz idi.İran Rusiya ilə mütəfiq oldu bu ümidlə ki Fransa ona yardım edəcək.
· Üç ölkənin istismarçı siyasətləri(Rusiya, Fransa və İngiltərə) İrana çoxlu xəsarətlər yetirdi və Arazın o tayında yerləşən ərazilrini əldən verdi.(Tacbəxş, səh 310-312)
Ermənistan və Gürcüstanın Rusiyaya birləşməsinə səbəb
Ermənistan və Gürcüstan xristianları müsəlman İran və Osmanlı dövlətlərindən narazıdılar.buna görə Rusiya xristian ölkə olduğu üçün cənuba doğru irəliləməsinə imkan yaratdılar.
Rusiyaya birləşmələrinə səbəb bunlar idi.
· Erməniləri və gürcüləri İran əsgərləri(Qızılbaş) və Osmanlılar tərəfindən qarət edilməsi.
· Xristianların Rusiyaya təmayülü məntəqədə güclü bir dövlətin olması idi.
· əksər xristian hakimlər xarici siyasətlərdə təhlükəli olduqları üçün Rusiyaya birləşdilər və daxili siyasətlərində Rusiyanın müdaxiləsini istəmirdilər.ancaq Rusiya onların milli mənafelərinə göz tikmiş və hakimlər buna razı deyildilər.3
Qafqazda Rusiyanın iştirakına səbəb olan amillər
· Qafqaz dağları Rusiya üçün təbii sərhəddir.
· Krımda Osmanlıları məğlub etmək, 1774-cü ilin 21 yanvar ayında“Küçük Qırnaca”müqaviləsi imzalandı.
· Rusiyanın güclənməsi və Açıq dənizə sahib olmaq üçün cənuba doğru hərəkət etməsi
· 1812-ci ilin Noyabr ayında Rusiya Fransanı məğlub etməklə güclü dövlət oldu.
· Şimali Qafqazda Rusiyanın iştiraki və İslami ərazilərə sahib olmaq üçün Qafqazda böyük müharibə.
· Şimali Qafqazdakı sünni məzhəb müsəlmanların müstəqilliyindən osmanlıların himayəsi və Rusiyanın qarşı çıxması.
· Qaçqın kəndçilər feodal və şahzadələrin zülmündən qaçmaq üçün Rusiyanın cənubunda sıxınması və Qazaqların məskunlaşması.
· sərhədləri qorumaq üçün həmin qazaqlardan istifadə edilməsi.
· I və II müharibələrdə İranın Rusiyaya məğlub olması(1813, 1828)
Gülüstan müqaviləsinə əsasən İran və Rusiya sərhədləri
Bu günə kimi hər hansı ölkənin ixtiyarında olan xanlıqlar həmin ölkəyə tabe olsun.
Adinə bazarın əvvəlindən Müağana tərəf oradan Araz çayına kimi və Arazın şimali hissəsindən kəpənək çayına qədər, Kəpənək çayının sağ tərəfindən Qarabağ əyalətinə kimi, Naxçıvan, İrəvan, Gəncə oradan İrəvan və Gəncə əyalətləri və Qazaq sərhədləri, Şəmsəddinlidən Eşik meydanından həmzə çəmən çayları və Pələng dağlarından Şoragöl mahallı və oradan Arpaçaya qədər təyin edildi.
İranın işğal olunmuş əraziləri
İran tərəfindən Rusiyaya verilən ərazilər:
İran şahı və şahzadələr Rusiya imperatorluğuna öz vəfadarlığını sübut etdirmək üçün Qarabağ əyalətləri, Gəncə, Şəki xanlığı, Şirvan, Quba, Dərbənd, Badkubə və Rusiyanın ixtiyarında olan Talış vilayətinin bir hissəsi, dağıstan, Gürcüstan, Şora göl mahalı, Açıq baş, Küriyə, Münkril, Abxaziya, Qafqazın ortasında yerləşən əraziləri və Xəzərə kimi olan əyalətlər Rusiyaya aiddir.qeyd olunmuş hər bir ərazi bu şəkildə verilib.
· Xanlıqlar: Dağıstanın bütövü(Dərbəndsiz), Gürcüstan( Kartil= ya Kartıllı Gürcüstanın cənub-şərq şahzadəsi, Kaxt=Kaxti, Gürcüstanın şərq şahzadəsi)
· Xanlıqlar: Şəki, Şirvan, Quba, Dərbənd, Badkubə
· Əyalətlər: Qarabağ, Gəncə
· Əyalət: İranlı talışlar Qafqazın şərqində və Xəzərin sahilində yerləşir.Gülüstan və Türkmənçay müqaviləsinə əsasən Astaraçay iki hissəyə (şimal və cənub) ayrıldı.
· Mahal: Şoragöl və Açıqbaş (Gürcüstanın qərbində Gürcü tayfalar)Küriyə(Göriyə) indiki Gürcüstanın cənub-qərbi şimalda (Acariya) və Məngirl(Qərbi Gürcüstan Qara dənizin sahilində) və Abxaziya (abxaziya bölgəsi Gürcüstanın şimal qərbində Qara dənizin sahilində).şoragöl və Açıqbaş kiçik ərazilərdir.başqaları isə böyük ərazilərdir.
· Bütün Qafqazın orta Asiyadakı ərazilər(Cənubi Osetiya, Raça, Səvanti, Ləçxomi, İmrəti, Məsxəti, Cavaxtı) ucqar ərazi olduğu üçün əhəmiyyətsizdirlər.və müqavilədə qeyd olunmayıb.Gürcüstanın qərbi Osmanlıların ixtiyarındaydı.Osmanlıların tabeyində olan ərazilər Gürcüstanın cənub-qərbi İslam dinini qəbul etmişdirlər.Müsəlman gürcülər ya Acarlar və Qafqazdan Xəzər dənizinə kimi Rusiyaya aid idi.
Rus imperatorluğu dostluğunu İran dövlətinə sübut etdirmək üçün- Şahzadəlrdən hər kəs vəliəhd olsa, ona yardım edəcək və əgər aralarında ixtilaf düşsə, İran dövləti xahiş etməyənə kimi Rusiya İranın daxili işlərinə müdaxilə etməyəcəyinə söz verdi.
İran ərazisindən Rusiyaya verilən 17 şəhər bunlardır:
1. Dağıstan: Qafqazın şimal-şərqində yerləşir və şərq sərhədləri Xəzərin qərbi hissəsindədir.bu bölgə indi Şimali Qafqazdadır və Rusiyanın müxtar respublikasıdır.
2. Qarabağ: iki hissəyə ayrılıb.Dağlıq Qarabağ(indiki Nanqorno Qarabağ) Arazın düzəngahı( Aşağı Qarabağ).bu əyalətin məşhur şəhəri Şuşadır.Qarabağın hər iki hissəsi Ermənilərin işğalındadır.
3. Gəncə: İranın qədim şəhəri (əfsanəyə görə bu ərazidən qızıl tapılıb və bu qızıl şəhərin inşası üçün sərf edilib.)bu ərazi 1804-cü ildə ruslar tərəfindən işğal edildi.I Alkesandrın yoldaşı Elizabetin şərəfinə görə Qarabağ və Gəncə əyalətləri onun adını daşıyırdı.(1801-1821)
4. Şəki: Qafqazda İranın ən qədim şəhəridir.1772-ci ildə Nuxa adına çevrildi(şəhərə sel gəldikdən sonra)1968-ci ilə kimi.XVIII əsrdə Şəki xanlığı var idi.
5. Şirvan/ Şervan: İranın qədim şəhərlərindən biridir.Xaqani Şirvani, Fələki Şirvaninin yurdudur.qaynaqlarda Elka adlanıb.Şirvanın sahəsi Kür çayı, Şabran, Xəzər dənizi və Qəbələnin arasında yerləşir.Türkmənçay müqaviləsində Rusiyaya verilən ən böyük və məhsuldar şəhər Şəkidir. XVIII əsrdə Şirvanda bir neçə xanlıq var idi.Rusiyaya verildikdən sonra Şirvan Kaspi vilayətinə, 1846-cı ildə Şamaxıya, 1859-cu ildə Bakıya birləşdi.Şamaxı, Qəbələ, Dərbənd, Bakı, Şəki, Şabran, Quba və Lahic ən mühüm ticarət sahəsi idi.
6. Quba/ Kuba: bu ad həm şəhər, həmdə xanlıq adıdır.Quba xanlığı 18 əsrin əvvəllərində təşkil tapıb.şəhərin ilk mərkəzi Xudat və 1735-ci ildə Quba idi.
7. Dərbənd: Xəzrin qərbində yerləşir, sasanilər dövründə Xəzərlərin və şimali hücumçuların qarşısını almaq üçün sədd düzədildi.həmin sədd indi də qalır.indi Dağıstan respublikasında bir şəhərdir.
8. Bakkube/ Bakuye/Bakı/Baku: Xəzər dənizin kənarında və qərbində yerləşir.Badkubə şəhəri Rusiyaya tabe olduğu zaman Bakı xanlıqların mərkəzi idi.çar dövründə Bakı hökumət sahib idi.indi Bakı Azərbyacan respublikasının paytaxtıdır.
9. Talış: Qafqazın cənub-şərqində, şimali hissəsi Astara çayında yuxarı və şimalı Talış dağları şəhəri əhatə edib.Gülüstan və Türkmənçay müqavilələri əsasında Rusiyaya verildi.Talışın ən qədimi şəhəri Lənkərandır.buna baxmayaraq bu müqavilələrdə Talışın adı qeyd olunmayıb.İranlı talışlar Qafqazın şərqində, Xəzərin sahilində yerləşir.müqavilələrə əsasən Astara çay iki hissəyə(Şimal və cənub) ayrılıb.Şimali hissə Azərbaycan respublikasındadır.iranlı varlıqlarını qoruduqları üçün dövlətin təzyiqi altındadır.
10. Gürcüstan: Gürcüstandan məqsəd Karti və Axtıdandır.bu ərazilər Rusiyaya verilmişdir.(Kartil= ya Kartlı Gürcüstanın cənub-şərq şahzadəsi, Kaxt=ya Kaxtı Şərqi Gürcüstanın şahzadəsi)onlara Kartlı Kaxtı da deyilir.
O dövürdə bu ərazilər irana aid idi.Kartlının mərkəzi Tiflis şəhəri idi.Tiflis Gürcüstanın mərkəzidir.buna baxmayaraq ki Qafqaz rusiyaya birləşdiyi zaman Tiflis Qafqazın böyük və mühüm şəhəri idi.Tükmənçay müqavilsində bu bölgə Gürcüstana aid edilmişdir.ancaq adı qeyd edilməyib.XVI əsrdə Səfəvilər dövründə Kaxtı müstəqil idi.və 1762-ci ildə Kartlı ilə birləşdi.1801-ci ildə Gürcüstanın II şahı Heraklus, Rusiyaya birləşdi.Kaxtı vilayətin mərkəzi qədim şəhər Tilavi idi.
11.Şoragöl: Mərkəzi Qafqazın Cənubu Azərbaycan respublikasının şimal-qərbi, Ermənistanın Şimalında və Gürcüstanın cənub-qərbində Gəncənin qərbində yerləşir.indi bu mahal Gürcüstan respublikasının Cavaxtı əyalətində yerləşir.
12. Açıqbaş: Gürcüstanın qərbində yerləşir.gürcü tayfalar yaşayır.
13.Kuriyə/Guriyə/Guriya: Guriya Şimali Məsxəti sıra dağların təpə və yamaclarında Nəbanbi və supsast çayların yaxınlığında yerləşir.bu mahal qərbdən Qara dənizlə qonşudur.
14.Mənkril/Məgrl/Samgərəlı: Mənkril mahalı Gürcüstanın qərbində, Qara dənizin sahilində , Kulçis ya Kulxis ya Kulxida yaylasında yerləşir.
15.Abxaz/ Abxazistan: indiki Gürcüstanın şimal-qərbində, Qara dənizin sahilində yerləşir.iki hissəyə (dağlıq və düzəngah) ayrılır.şəhərin mərkəzi Suxomidir.bu şəhər qədim dövrdə Diskuriyada inşa edilib.ilk dəfə olaraq şəhərin adı 736-cı ildə tarixdə qeyd olunub.birləşdiyi zaman adı qeyd olunmayıb və Abxaziya yazılıb.1724-cü ildə türklər burada hərbi qala inşa ediblər.və adını Soxumqala qoyublar.
16.İrəvan/Yerəvan: böyük xanlıqlar, tarixi və Qafqazın mühüm şəhəridir.ermənilərin ərazisi və paytaxti İrəvandır. Kiçik Asiya ən qədim və mühüm şəhəridir.İran və Rusiyanın II müharibəsində Türkmənçay müqaviləsinə əsasən Rusiyaya verildi.bu şəhər Səfəvilər dövründə Bəylərbəyi Çuğursədin mərkəzi idi.indi Ermənistanın paytaxtıdır.
17.Naxçıvan/ Nəqşecahan: burada da xanlıqlar var idi.paytaxtı naxçıvandır.Türkmənçay müqaviləsində Rusiyaya verildi.indi Azərbaycan respublikasının tərkibində və muxtar respublikadır.
Nəticə
Qafqazın 17 şəhəri bunlardır: Dərbənd, Gəncə, Bakı, Quba, Şəki, Badkubə, İrəvan və Naxçıvandır.bütövlükdə 7 şəhər və başqa coğrafi ərazilərdir, bəzi şəhərlərin mərkəzi həmin şəhərin adı ilə eynidir.Şirvan, Dağıstan, Gürcüstan, Mənkril, Kuriyə, Şorgöl, Açıqbaş, Talış coğrafi adlardır.
Bəziləri belə fikirləşirlər ki bu müqavilələr 100 illikdir və gərk şəhərlər yenidən İrana geri qaytarılsın.halbuki müqavilədə bəzi şəhərlər daimi olaraq Rusiyaya verilib.bugün İranla Rusiyanın əlaqələri çox sıxdır.və gərk beynəlxalq əlaqlərdə öz milli mənafeyimizi xarici siyasətlərdə qoruyaq.alimlər, elm adamları bir sıra tarixi təhriflərin qarşısında sükut ediblər və şimali qonşular bundan sui- istifadə edirlər.və İranın birliyini və ərazi bütövlüyünü təhlükəyə salırlar.bəzi tarixçilər iddia edirlər ki Arazın hər iki tərəfində yerləşən Azərbaycan İran və rusiya müharibələrindən sonra iki dövlət arasında paylanıb.Arazın şimali, kiçik hissə müstəqilliyini alıb və böyük hissəsi İranın işğalındadır.
Azərbaycan respublikasının xüsusi və dövlət orqanları bu fikirləri Azəri, İngilis və Rusca yayırlar.halbuki Rusiya ilə müharibədə İranlı əsgərlərin mübarizliyi haqqında heç nə qeyd etmirlər.və belə təbliğat aparırlar ki, İran tərəfindən heç bir müqavimət göstərilmədən Rusiya bu ərazilərə sahib olub.