Tarix : 2009 Nov 09
Kod 14836

AZƏRBAYCAN SƏHİYYƏ İŞÇİLƏRİ QƏDDARLIQLA MƏŞĞULDUR

Görəsən bu cür problemlərdən yararlanıb varlanmaq istəyənlər Əli İnsanovun aqibətini görmürlərmi?
Azərbaycan Servisi/Aran Agentliyi
Son günlər Azərbaycanda  "donuz qripi" ilə əlaqədar böyük bir gərginlik yaşanmaqdadır. Sözügedən qrip təhlükəsi ilə əlaqədar heç yerdən məlumat ala bilməyən xalq, qorunmaq üçün adi vasitələrdən istifadə etməklə özünü sığortalamaq istəyir. Səhiyyə Nazirliyinin "Qaynar xətt"inə müraciət edənlər isə şablon cavablarla qarşılaşırlar: "Yaxılıqdakı tibb müəssisəsinə müraciət edin". Guya heç kəs bunu bilmir. Amma bu səhər rast gəldiyimiz problem "donuz qripi"ndən də təhlükəlidir. Belə ki, xalqın sadə vasitələr dediyimiz maska və "Oksolon" mazından istifadəyə qərar verməsindən sonra pul düşkünləri qiymət artımına qərar veriblər. Heç kəsin çörəyinə baiskar olmamaq üçün adını yazmadığımız aptekdə bu vasitələrin qiymətinin üstünə aptek yiyəsi evində işlətdiyi qazın, işığın və suyun da pulu qoyub. Adi vaxtlarda 10 qəpiyə satılan maska 1 manata, "Oksolin" mazı isə 60 qəpik olduğu halda 3 manata satılır. Satıcı isə bu vasitələrin depodan onlara belə gəldiyini bildirdi. Amma hansı depodan bax onu söyləməyə qorxdu. Dedi ki, mən növbəni təhvil alanda bu qiymətlərlə almışam.

Göründüyü kimi bu bizim köklü problemimizdir. Faciədən yararlanıb pul qazanmaq. Bu ancaq bizim millətə məxsusdur. Erməni bunu eləməz, ancaq biz edərik. Görəsən bu cür problemlərdən yararlanıb varlanmaq istəyənlər Əli İnsanovun aqibətini görmürlərmi? Xalqın acizliyindən istifadə edib qazanılan pulu heç kəs yeyə bilməz, necə ki yeyə bilmirlər.

  • Yazılıb
  • da (də) 2009 Nov 09