İsa Qəmbər: "Əli Kərimlini şəxsən dəvət etmişdim. Amma onun bu toplantıda hansı səbəbdən iştirak etməməsini başa düşmədim"
Azərbaycan Servisi/Aran Agentliyi
Dünən Müsavat Partiasının qərargahında keçirilmiş müxalifət partiyalarının 2010-cü il büdcə layihəsinin müzakirəsinə bəzi müxalifət nümayəndələri qatılmayıb. Verilən məlumata görə, tədbirə dəvət olunub qatılmayanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də olub.
Qeyd edilir ki, toplantıda müzakirə zamanı çıxış edən Müsavat başqanı İsa Qəmbər «Biz istəyirdik ki, aparıcı müxalifət partiyalanın nümayəndələri burada iştirak etsinlər. Bir çoxlarına da dəvət göndərmişdik. Şəxsən Əli Kərimlini də dəvət etmişdim. Amma onun bu toplantıda hansı səbəbdən iştirak etməməsini başa düşmədim».