Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nikolay Makarov Gürcüstanın hərbi potensialının 2008 illə müqayisədə olduqca yüksək olduğunu bildirib
Gürcüstan Servisi/Aran Agentliyi
Rusiya Gürcüstanın hərbi potensialına nəhayət ki, qiymət verib. Belə ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nikolay Makarov Gürcüstanın hərbi potensialının 2008 illə müqayisədə olduqca yüksək olduğunu bildirib.
Onun sözlərinə görə, Gürcüstan tam həcmdə silahla təchiz olunur. Ölkənin hərbi gücü ötən ildəkindən çox fərqlidir.
Eyni zamanda Makarov Gürcüstana silahların ABŞ-dan göndərilmədiyini söyləyib: "Amerikalılar heç vaxt birbaşa silah göndərməzlər, ancaq kimlərinsə vasitəçiliyi ilə bunu edə bilərlər".