Qafqaz Müsəlmanları İdarəsinin xətti ilə avtobusla ziyarətə gedəcək zəvvarların sayı 725 nəfərdir
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycandan Həcc ziyarətinə avtobusla gedəcək zəvvarlar bu axşam saat 21.00-də yola düşəcəklər. Bu il ziyarətə təkcə Qafqaz Müsəlmanları İdarəsinin xətti ilə gedilir. Avtobusla gedəcək zəvvarların sayı 725 nəfərdir. Onlar əvvəlcə Bakıdan Qazaxa, daha sonra sərhəddi keçməklə Gürcüstan ərazisinə, Qara dəniz sahili ilə Türkiyəyə, oradan isə Suriya gedəcəklər. (ans)
Zəvvarların rahatlığını təmin etmək üçün Qafqaz Müsəlmanları İdarəsi 27 yeni avtobus alıb. Avtobusla gedəcək zəvvarların sağlamlığına yolboyu həkmilər nəzarət edəcək. Əgər ötən il 2000 nəfərə 5 həkim nəzarət edirdisə, bu il 720 zəvvarın sağlamlığını bu sayda həkim qoruyacaq. Həkimlərə artıq bu barədə xüsusi təlimat verilib. Onlar yola qripə qarşı xüsusi dərmanlar və maskalar götürüblər . Həkimlər sutkada bir dəfə avtobusları dezinfeksiya edəcəklər. Səudiyə Ərəbistanından Qafqaz Müsəlmanları İdarəsinə göndərilən sonuncu məlumatda bildirir ki, bu ölkədə vəziyyət hələlik stabildir və qriplə bağlı ciddi problem yoxdur.