İranın nüvə məsələsi başdan bu yana siyasi bir mövzu deyildi. Siyasi bir mövzu halına gətirildi
İİR Servisi/Aran Agentliyi
İslam-Azeri.az İnternet Qəzetinin verdiyi xəbərə görə İran İslam Respublikasının prezidenti doktor Mahmud Əhmədinejad, Türkiyənin NTV telekanalına Tehranda canlı müsahibə verib.
İran İslam Respublikasının prezidenti cənab Əhmədinejad, region və dünya prizmasında İran ilə Türkiyə arasındakı son inkişafları, Ərdoğanın İran səfəri və özünün Türkiyəyə gəlməsi, İki ölkə arasındakı əlaqələr inkişaf edərkən Türkiyənin İsraillə problemli bir dövrə girməsi, Türkiyə üzünü Şərqəmi çevirir? suallarına cavab verib.
Bazar günü İslam Konfransı Təşkilatı yığıncağı üçün Türkiyəyə gələcək olan Əhmədinejadın şərhləri belə olub:
Müsahibənən tam mətni:
SUAL : Nüvə fəaliyyətləriniz hansı nöqtədədir. Qərbin bu məsələdə narahatlığı var. Həll nöqtəsində sizə təqdim edilən və sizin mövqeniz nədir?
Əhmədinejad: İranın nüvə məsələsi başdan bu yana siyasi bir mövzu deyildi. Siyasi bir mövzu halına gətirildi. İran öz məlumatı və elm adamlarıyla uran zənginləşdirməsini əldə etdi. Beynəlxalq Atom Enerjisi Agentliyinin qanunlarına görə bütün ölkələr bunu edə bilər. Biz də bunu etdik.
Ancaq hadisəni siyasi məsələyə çevirərək 30 ildir müxtəlif səbəblərlə düşmənlik etdilər. Bizim qanuni bir haqqımız var. Hər ölkəninin bu enerjidən faydalanma haqqı vardır. Biz də bunu etdik. Bizə təzyiqlər etdilər, emborqolar tətbiq etdilər; ən ağırlarını tətbiq etdilər. Hərbi hücum təhdidində oldular. Ən geniş döyüş psixologiyasını tətbiq edib, döyüş təbliğatı etdilər. İran dövləti və xalqı dik dayandı. Öz haqqını müdafiə etdi. Onların bu üsulları nəticə vermədi.
Artıq sistemlər dəyişməlidir. Biz başlanğıctan bu yana tərəfləri hüquqi zəminə, məntiqə, dialoqa, əməkdaşlığına dəvət etdik. Bizim nəzərimizdə İran İslam Cumhuriyyətinin nüvə məsələsi bitmiş saylır. Bütün suallarına cavab verdik. Agentliyin qərarları çərçivəsində bütün sualları cavabladıq. Agentlik doğru olduğunu da təsdiq etdi.
Bu elə bir dövrdür ki, döblətlər millətlərə təzyiq yerinə, əməkdaşlığı seçməlidir. Biz də hər vaxt əməkdaşlığa hazır olduğumuzu söylədik və təkliflərdə olduq. Bir paket təqdim etdik və orada ən əhəmiyyətli beynəlxalq mövzulardan bəhs etdik.
Dünya iqtisadiyyatı, təhlükəsizliyi, beynəlxalq əlaqələr, dünyanın silahdan təmizlənmə məsələlərinə toxunduq. Bu mövzularla əlaqədar danışıqlara və işbirliyinə hazırıq.
İranın nüvə məsələsi, müzakirə ediləcək bir şey deyil. Yalnız agentliyin çəkdiyi çərçivədə danışarıq. Son olaraq biz dərman üçün ehtiyacımız olan uranı satın almaq istəyirik dedik. Agentlik də bəzi ölkələr satmağa hazır dedi. Biz də bunun üçün danışırıq.
İstehsal xəttimizi bir az dəyişdirməmiz lazımdır və vaxt aparar; seçimimiz satın almaqdır. Buna görə İranın nüvə məsələsini agentlikdən başqa heç kimlə danışmırıq. Lakin beynəlxalq əməkdaşlıqla əlaqədar bir neçə təklifimiz var təbii ki.
SUAL : Bu təkliflər mövzusunda kiçik ipucları verə bilərsinizmi ? Qərb nüvə silahı mövzusunda davamlı bir şübhə içindədir. Bunu necə dəyərləndirirsiniz ? Özünüzümü izah edə bilmirsiniz yoxsa onlarmı sizi başqa gözlə görür ?
Əhmədinejad: Dünya millətləri bizi yaxşı anlayır. Propoqandalar etdilər. Millətlər İranla birlikdədir. Dünya dövlətlərinin çoxu bizə müsbət səs verdi. Müxalif bir neçə qərb dövlətini biz dünyanın hamısıyla ekvivalent saymırıq. Bunlar da bu fikirə vardılar ki, fikilərini dəyişdirdilər.
Bunlar atom bombasından qorxmurlar. Bunları yığdılar. 4. və 5. nəsil bombaları var. Və onlar bombadan qorxmurlar. Onlar İranın, Türkiyənin və digər ölkələrin texniki inkişaflarından qorxurlar. Dünyanın iki təbəqəli olmasını istəyirlər. Bir təbəqədə güclülər və digər təbəqədə geriyə qalan bütün dövlətlər. Hər vaxt onlara möhtac olsunlar. Biz irəlilədikcə onların idarəsindən çıxırıq. Çarəsizdirlər və əməkdaşlıqdan başqa yolları yoxdur.
İran uran zənginləşdirə bilər və bu barışçıl məqsədli olacaq. Agentlik də bunu təsdiq etdi. Biz atom bombasına qarşıyıq; insanlığa qarşı olduğu üçün. Onsuz da artıq kimsə atom bombasını işlətmir. Sionist rejimin atom bombası var və himayəçiləri buna heç etiraz etmir; nəzarət etmir. Problem budur, sionist rejimin atom bombaları Qəzzə döyüşündə onları nəticəyə çatdıra bildimi ? NATO və ABŞ-ın atom bombaları Əfqanıstanda işə yaradı mı ? Nəyə lazımdır atom bombası. Dərddən başqa bir işə yaramır və xalqın pulunu boşuna xərcləyirlər.
Atom bombası dövlətlərin geri qaldığı dövrə aid bir şeydir. Dövlətlər və millətlər oyandı; artıq mədəniyyət və fikir dövrüdür. Məntiq və mədəniyyətə çatan dövlətlər irəli gedəcək. Dünyada hər kim ki zorbalıqla danışmaq istəsə geridədir deməkdir.
SUAL : Türkiyə ilə İran hər dövrdən daha çox yaxın əlaqə içindədirlər. Ərdoğanın səfərindən sonra da bütün diqqətlər bu mövzuya çevrildi və sizcə qərb niyə narahat olur? Ayrıca, Ərdoğan dekabr ayında ABŞ-a gedəcək. Obamaya onun vasitəsiylə bir mesajınız oldumu ?
Əhmədinecat : Diqqət yetirin və görəcəksiniz ki dünya şərtləri dəyişmiş vəziyyətdədir. Bütün dövlətlər bunu açıqca dilə gətirir. Görünür ki, tarixi bir dövr sona çatır və yeni bir dövr başlayır. Bu bitən dövr, bir neçə dövlətin bütün dünyaya hakim olduğu dövr idi. O dövlətlər ki, maddi baxışla bütün dünyaya sahib olma məqsədində idilər. Dünya iqtisadiyyatı bir neçə böyük dövlət əlində idi. Millətlərin mədəni strukturları hücuma uğradı.
Bunun qarşısında dayanacaq hər ünsürü ortadan qaldırmağa çalışdılar. Nəticədə onlarla böyük döyüş yaşandı. Dünyada 1 milyard ac insanın ortaya çıxmasına səbəb oldular. Zəngin ölkələr və digərləri arasında dərin ayrılıqlar meydana gəldi. Siyasətdə və beynəlxalq əlaqələrdə yalan, aldatma və xəyanət yerləşdi. Silahlanmaq sahəsində yarışa girişildi. Millətləri təhqir etdilər. Dünyada ikili standartlar tətbiq olundu. Artıq bu dövr məğlub oldu və sona çatdı. İqtisadi, nəzəri və sistem olaraq məğlub oldular.
Dünyanı idarə edə bilmirlər, təhlükəsizliyini təmin edə bilmirlər. Bütün güclü dövlətlər zəifləyir. Kimsə dünyanı zəbt etmə gücünə sahib deyil. Artıq yeni şərtlər və mühit var. İnsaniyyət, mədəniyyət və əxlaq dövrü başlayır. Çox təbiidir ki, mədəniyyətlər və mədəniyyət kökləri olan dövlətlər, bu dövrdə böyüyüb inkişaf edəcək. İran və Türkiyə bu dövlətlərdəndir.
Çox açıq görünür ki, İran və Türkiyə millətləri, inasanlığa açıq və aydın mesejlar verir. İki ölkənin də dünya ilə əlaqələri genişlənir. Türkiyənin şərq ölkələri ilə əlaqələrini inkişaf etdirməsini istəyərik. Bu, Türkiyənin qərb ilə əlaqəsini kəsməsi mənasını daşımaz.
Bu gün şərtlər elə bir vəziyyətdədir ki, bütün dövlətlər sərbəstcə əlaqə qura bilərlər. Aİ, Türkiyədən xahiş etməlidir ki, sıralarına qatılsın.
Şübhəsizki Türk dövləti və milləti Aİ-yə qatılsa birliyin etibarı yüksələr. O halda onlar Türkiyədən xahiş etməli və imtiyaz verməlidirlər. Çünki böyük bir dövlət, tarixi olan bir mədəniyyət oraya qatılır. Biz görürük ki, Türk dövləti müvəffəqiyyətli şəkildə dünya ilə əlaqələrini davam etdirir. Türkiyənin irəliləməsi, güclənməsi hər kəsin faydasınadır. Biz buna kömək edir və birlikdə hərəkət edirik. Bizim inancımız, Türkiyə xalqının da eyni şeyləri bizim üçün düşündüyüdür. Bir neçə qütblü dünya nizamı sona çatmışdır.
Bu şərtlərdə yeni bir dünyanın meydana gəlməsində İran və Türkiyənin böyük payları ola bilər. Hər ikisinin də dünya üçün sözləri, problemlər üçün həll yolları vardır. İki ölkə arasındakı əlaqə və əməkdaşlıq sürətlə irəliləyəcək. Biz bu vəziyyətin davam etməsini və inkişafını istəyirik.
İran və Türkiyə və bir neçə dövlət, bir-birlərinin köməyi ilə öz özünü idarə edəcək gücdədir. Digər millətlərə də kömək edə bilərlər. Nümunə olaraq Türkiyə, İran, Pakistan, Bangladeş, Misir, Nigeriya, İndoneziya, Malayziya-bu dövlətlərin 900 milyon əhalisi və böyük iqtisadiyyatları var. Elm və texnologiya sahibdirlər. Bu ölkələr birlikdə olsalar, böyük bir iqtisadi bazar qurub müvəffəqiyyətlər əldə edilər.
Bunlar bir-birinin texniki, elm və iqtisadiyyat ehtiyaclarını qarşılaya bilərlər. Bu hər kəs üçün bir fürsətdir. Türkiyə və İran dövləti ilə digər ölkələrdə bu tutum var. İllərcə qərb ölkələri bunu təbliğat etdilər, həyat rifahı hamı, həmişə onların peyki olmaqla təmin edilər deyildi. Halbuki səadət və irəliləmənin bir çox yolu var. Qərar verdiyi anda hər millət güclüdür. Kim öz ayaqları üstündə dayanmaq istəsə güclü olar. Biz düşünürük ki, öz gələcəyini özü təyin etmək Türkiyə dövlətinin haqqıdır. Biz Türkiyə ilə dərin əlaqələr və əməkdaşlığı yaxşı qarşılayırıq.
Sionist rejim qanuni olmayan bir rejimdir. O rejimi bölgədəki millətlərə zorbalıq etsin deyə bəzi dəstəklərlə meydana gətiriblər. Şübhəsiz ki, millətlərin irəliləməsindən məmnun deyildirlər. Onlar millətlərin sabitlik və güclənməsindən məmnun deyildirlər. İran və Türkiyənin irəliləməsini istəmirlər, narahat olurlar. Onlar istəyirlər ki, bütün ölkələrin daxili işlərinə müdaxilə etsinlər və hər kəs sussun.
Şübhəsiz ki güclü millət və dövlətlər bu vəziyyəti qəbul etməzlər. Onlar hətda Qəzzadakı qətliamlarına etirazı belə qəbul etmirlər. Buraxaq əsəbiləşsinlər və sinirdən ölsünlər; əhəmiyyətli deyil. Onların dövrü bitdi. Silahla, qanuni olmayan bir dövlətin dövrü bitmişdir. Biz o rejimin tərəfdarlarına da söyləyərik; özlərinə bir yol seçsinlər. Onlar bilmədirlər ki, sionist rejimi himayəyə davam etsələr, öz millətləri və bölgə millətləri ilə vəziyyətləri yaxşı ola bilməz.
Bölgədəki millətlərin bu rejimlə barışması mümkün deyil. Türkiyə xalqı da bu gerçəyi bu gün yüksək səslə hayqırır. Bölgədəki bütün millətlər bunu hayqırır. Məncə qərb dövlətlərinin düşünmə zamanıdır. 60 il himayə etdilər və nəticəsi bu oldu. Biz ümid edir ki, artıq millətlərin tərəfini tutsunlar, haqq tərəfini tutsunlar, ədalət tərəfini tutsunlar. Burada bir quruluş qurmuşlar. Bunu yığsınlar və bütün bölgə millətlərini qurtarsınlar. Necə tikdilərsə eyni şəkildə söksünlər. Biz yolunu da söylədik; azad bir səsvermə keçirilsin, Fələstin xalqı seçsin və onlar nə seçsə hər kəs hörmət göstərər, problem həll edilər. Nə silaha nə döyüşə ehtiyac yoxdur. Fələstin xalqının haqqına hörmət göstərsinlər.
SUAL: Barak Obamanın siyasətini necə qiymətləndirirsiniz ?
Əhmədinejad: Dünya artıq fərqli bir dövrün içindədir. Biz dəyişməyə möhtacıq və düşünür ki, Amerika xalqı da digər millətlər kimi bu zərurəti hiss etmiş vəziyyətdədir. Buna görə dəyişmə şüarı Amerikada Obamaya səs gətirdi.
Obamaya göndərdiyim mesajda, dəyişikliyin hansı sahələrdə olması lazım olduğuna diqqət çəkdim. İnsanları birinci və ikinci sinif deyə ayırmamamız lazımdır. Bütün insanlar və millətlər hörmətlidirlər. Bunun əksinə olan bir dünyagörüşü dəyişməlidir.
BMT Təhlükəsizlik Şurasının özü ədalətsizldir. Çünki, 5 ölkə daimi üzvdür və veto haqqına sahibdirlər. Bu hansı hüquqi məntiqdən xəbər verir; bu dəyişməlidir və dəyişmədikcə dünya islah olmaz. Bütün millətlər təhlükəsizlik şurasında razılaşma ilə dərdlərini həll etməlidir. Biz gördük ki, İranın nüvə enerji mövzusunda şuradan təhdid ünsürü olaraq istifadə etdilər.
Dünyanın iqtisadiyyat təməlləri dəyişməlidir. Dünya Bankı, IMF dəyişməlidir. Bunlar illərdir kapitalist iqtisadiyyatın xidmətində idilər və bir neçə dövlətin faydasına çalışdılar.
BMT-nin vasitələri dəyişməlidir. Beynəlxalq əlaqələr dəyişməlidir. Bir dövlət, dünyada özünü rəis olaraq görsə bu köhnə dövr olar; bunlar dəyişməlidirlər. Biz gözləyirik ki, Amerika və NATO-nun proqramları Əfqanıstanda dəyişsin. Bu siyasətlər səhvdir, problemi böyütmüş və daha qarışıq hala gətirmişdir. NATO-nun Əfqanıstanda olmasının faydası nədir? Ölkə döyüş meydanına çevrilib. Hər gün ölümlər var. Pakistana da siraət etməkdədir. Bu sistem səhvdir. Çünki məqsədləri xalqları zəbt etməkdir.
Bunların biri dəyişdimi? Çətin bir işdir. Bilirik amma bir yerdən başlanması lazımdır, zaman sürətlə keçir. Biz dəyişmə şüarını qəbul etdik və kömək edə bilərik dedik. Heç bir dəyişiklik olmadı demirəm, amma indi Guantonamo həbsxanası hələ ortadadır. Biz necə ümidli olaq. Ümidli olmaq istəyirik lakin görünüş bunun tərsinədir.
Obama qərar verməlidir. Ya millətlərin tərəfində gəlməli ya da sionistlərin yanında olmalı. Amerikada bir qrup sionist var, iqtisadiyyat və mediaya hakimdirlər. Obama seçim etməlidir. Hər ikisini birdən əldə edə bilməzsən. Millətlərin səmtinə gəlmək istəsə onlara xeyr deməsi lazımdır. Bu qərarlar çətin və böyük qərarlardır, lakin böyük qərarlar hər vaxt tarixi dəyişdirmişdir.
Biz köklü dəyişikliyə hazır olduğumuzu elan etdik. Bunun üçün böyük dəyişikliklər millətlərin mənfəəti istiqamətində olsun. Millətlər arasındakı əlaqələr qardaşlıq, dostluq və ədalət üstünə qurulsun. Zülm, düşmənlik, döyüş və təcavüz ortadan qaldırılsın. İşğal etmə ortadan qaldırılsın. Millətlərə embarqo tətbiq etmək sona çatsın. Hər kəs dost olmalı və bir-birimizi sevməliyik və hörmət etməliyik. Biz dünyanın ədalətə və barışa yönəlməsinə hazır olduğumuzu elan edirik.
Hər kim bu istiqamətdə bir səy göstərmək istəsə biz də kömək edərik.