Kim Allaha yaxınlaşmaq üçün Əhli-beytə (ə) təvəssüldən başqa yol olmadığını düşünərsə yanılmışdır
Beynalxalq Servisi/Aran Agentliyi
Kim Allaha yaxınlaşmaq üçün Əhli-beytə (ə) təvəssüldən başqa yol olmadığını düşünərsə yanılmışdır.
Musahibə verməyə razılaşdığınız üçün təşəkkürümüzü bildiririk. Öncə “Təvəssül” anlayışı barəsində danışmağınızı istəyirik.
-Bismillahir-Rəhmanir-Rəhim.
Lüğətdə “vəsilə” sözü, “bir şeyi digər bir şeyin əldə olunması üçün müqəddimə etmək” mənasını çatdırır. Necə ki, dünya axirəti əldə etmək üçün bir müqəddimədir. Allah Qurani-kərimdə buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun, Ona (Onun rəhmətinə və lütfünə qovuşmaq üçün) vəsilə axtarın” (Maidə, 35). Yəni Allah, Onun razılığını cəlb edən şeylərin sorağına getməyimizi istəyir.
Vəsilənin bir neçə qismi var. Dünyada insan həyatı, səbəb-nəticə qanunu üzərində möhkəmlənib. İmam Sadiq (ə) buyurur: “Allah hər bir nəticə üçün bir səbəb qoyub”. Əslində bu səbəb vəsilədir. Necəki namaz Allahın razılığını qazanmaq üçün, yaxud oruc insanın daha çox kamilliyə çatmasına bir vəsilədir. Əgər hədəf müqəddəs olsa, vəsilə də müqəddəs olar, yox əgər hədəf müqəddəs olmasa, vəsilə də müqəddəs olmaz.
Bəs sizin nəzərinizcə, İlahi övliyalara təvəssül etməyin fəlsəfəsi nədir?
-Allah, öz lütf və feyzini bizə vasitələrlə çatdırmaq istəyir. Məsələn, insan həyatını günəş işığı, hava və sudan asılı edib. Yaranış aləmində İlahi sünnə belədir; yaşayış ehtiyaclarını təmin etmək istəyənlər öncə lazım olan vasitələri hazırlamalıdırlar. Həmçinin mənəviyyat aləmində də insanın heç bir səbəbsiz İlahi feyzə çatması mümkünsüzdür.
“İlahi övliyalara təvəssül etməyin fəlsəfəsi nədir?” sualına gərək belə cavab verilsin: bu, Allahın sünnəsidir (yəni təyin etdiyi qanun) və əgər İlahi sünnə bunu tələb etməsəydi, biz nə yaranışda nə də şəriətdə səbəblər axtarmazdıq. Allah Quranda buyurur: “..Onlar özlərinə zülm etdikləri zaman tövbə edib, dərhal sənin yanına gəlib, Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə (onlar) Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər” (Nisa, 64). Ayədən göründüyü kimi Allah Peyğəmbəri (s) insanların Ona yaxınlaşması üçün vəsilə qərar verib və günahkarlara tövsiyə edir ki, Peyğəmbərin (s) yanına getsinlər və özləri tövbə etsinlər, peyğəmbər də onlar üçün bağışlanmaq diləsin. Bu halda Allah onları bağışlayar.
Allah digər bir yerdə də münafiqləri danlayaraq buyurur: “Onlara deyiləndə ki, gedin Peyğəmbərin yanına (və o) sizin üçün istiğfar etsin, təkəbbür edib, etiraz ünvanıyla başlarını tərpədirlər”.
Bu İlahi sünnə təkcə İslam dinində yox, başqa dinlərdə də mövcuddur. Yaqubun (ə) övladlarının əhvalatını oxuyanda görürük ki, onların günahları aşkar və sabit olduğu zaman atalarının yanına gələrək: “Ey ata! Bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz, doğrudan da, günahkar olmuşuq!”-dedilər. (Yaqub) dedi: “Mən Rəbbimdən sizin bağışlanmanızı diləyəcəyəm. O, həqiqətən bağışlayan və rəhm edəndir!”
Buna görə də, əgər biz Allahın övliyalarına təvəssül etsək, bu o demək deyil ki, onlarsız Allahı çağırmaq olmaz. Əksinə, bu müxtəlif yolların olmasını göstərir. Biz Allahı vasitəsiz də çağıra bilərik. Necə ki, Allah Quranda buyurur: “Çağırın məni sizə cavab verim”. Peyğəmbərin və İlahi övliyaların bağışlanma diləməsi yoluyla da Allaha çatmaq olar. Sünni və şiə rəvayətlərində oxuyuruq: əgər bir nəfər dünyadan gedəndə qırx mömin onun barəsində “İlahi, biz ondan yaxşılıqdan başqa heç nə bilmirik”-deyərsə, Allah buyurar: “Mən qırx möminin şahidliyini rədd etmirəm”.
Amma kim Allaha yaxınlaşmaq üçün Əhli-beytə (ə) təvəssüldən başqa yol olmadığını düşünərsə, yanılmışdır.
Cənab ustad! Ayə və rəvayətlərə əsaslanaraq, təvəssülün Peyğəmbər və İlahi övliyaların həyatda olduqları zamana aid olduğunu buyurdunuz. Bu məsələ onların vəfatından sonra da düzgündürmü? Allah razılığını qazanmaq üçün indinin özündə də onalara təvəssül etməyə izacə varmı?
-Bu sualın iki cavabı var. Birincisi budur ki, İlahi övliyalar diridir. Peyğəmbər (s) şəhidlərin də peyğəmbəridir, əgər şəhidlər diridirsə demək, Peyğəmbər sözsüz diridir. Məhz bu cəhətdən namazda deyirik: “Ey Peyğəmbər! Allahın salamı, rəhməti və bərəkəti olsun sənə”.
Təkcə peyğəmbərlər və övliyalar deyil, hətta möminlər də diridirlər, meyyidə təlqin etmək bunun aşkar bir sübutudur. Əgər meyyid ölüdürsə bəs onda təlqin nə üçündür?!
İkinci cavaba gəldikdə, çoxlu rəvayətlərimiz peyğəmbər və övliyalara təvəssül etməyi tövsiyə edir. Osman ibn Hənif deyir: Bir kor kişi Peyğəmbərin (s) hüzuruna gəldi. Peyğəmbərdən (s) gözünün yaxşılaşması üçün dua etməsini istədi. Peyğəmbər (s) buyurdu: “iki seçim arasında ixtiyar sahibisən, ya dua edim gözün yaxşı olsun, ya da bu halda qalaraq ağrıya səbir və dözümün savabını al”. O kişi gözünün sağalmağını üstün tutdu. Peyğəmbər (s) buyurdu: “iki rükət namaz qıl və belə dua et: “Allahummə inni əsəlukə ətəvəccəhu iləykə bi nəbiyyikə nəbiyyir-rəhməh. Ya Muhəmmədu (s) inni ətəvəccəhu ila Rəbbi lihacəti liyəqzi, Allahumməşfə’hu fi”. O kişi Peyğəmbərin (s) göstərişinə əməl etdi. Osman ibn Hənif deyir: məclis dağılmamış o kişi bizim yanımıza gəldi və hamımız gördük ki, gözü sağalıb.
Bu hədis səhih (doğru) hədislərdəndir. Hətta ibn Teymiyyə də bu hədisi səhih (doğru) bilir. Osman ibn Hənif Peyğəmbərin (s) vəfatından sonra bu hədisi camaata öyrədərək dedi: “giriftar və düçar olduğunuz zaman iki rükət namaz qılın və həmin duanı oxuyun”.
Osman ibn Hənif bu duadan geniş məna anlayıb. Belə ki, uyğun duanı həm Peyğəmbərin həyatı zamanında həm də vəfatından sonrakı dövrlərdə oxumaq olar . Buna görə də təvəssülün əhatəsi Peyğəmbərin (s) vəfatından sonra daha da genişləndi.
Fikrinizcə şəfaət və təvəssül arasında nə kimi əlaqə mövcuddur?
-Şəfaət, qiyamət günü peyğəmbərlər və möminlərin, Allahın icazəsiylə günahkarlara bağışlanmaq tələb etmələridir. «ولا یشفعون الا لمن ارتضی» Şəfaətin mənası budur. Peyğəmbər (s) özü birbaşa təsir etmir təsir, Allah tərəfindəndir. «قل لله شفاعة جمیعا» Təvəssül zamanı isə dua etsinlər deyə biz övliyaların sorağına gedirik.
Başqa təbirlə desək, şəfaətdə peyğəmbərlər və övliyalar günahkarların sorağına gedir, təvəssüldə isə günahkarlar övliyaların dalıyca qaçır. Şiə məzhəbi təkcə bu gün üçün deyildir. Əgər biz bu sənəd və əsərləri aradan aparsaq cavanlarımız məsihilərin talelərinə düçar olarlar.
Çoxlu xərc tələb edən və yüz illər bundan öncəyə aid olan uyğun əsərlərin qorunmasını nəyə görə zəruri bilirsiz?
-Burada gərək bir mətləbi də qeyd edəm ki, ümumilikdə Avropa cavanları “əqidəli məsihilər” deyil, “coğrafi məsihilərdir”. Çünki həzrət Məsihdən (ə) onlara yadigar olaraq ələ dəyəsi bir şey qalmayıb. Özləri qərblidir dinləri isə şərqli. Əgər onlardan kitablarını və həvarilərının qəbrini soruşsalar qane edən cavabları yoxdur. 24 ya 25 –ci ili həzrət Məsihə (ə) aid edirlər. Buna görə də onlardan bəziləri həzrət Məsihin (ə) əfsanə olduğunu düşünürlər. Məhz buna əsasən əgər biz bu sənəd və əsərləri aradan aparsaq cavanlarımız məsihilərin talelərinə düçar olarlar.
Sizin nəzərinizcə əhli-beytin (ə) həyatı barəsində araşdırılmamış elə bir mövzu var ki, tədqiqatçıların nəzərini özünə cəlb etsin?
-Əhli-beyt (ə) barəsində hər nə qədər kitab yazılsa yenə də azdır. Çünki onlar adi şəxsiyyətlər olmadığından barələrində yazılan kitablara müəyyən hədd yoxdur. Əhli-beyt (ə) haqqında yazılan əsərlərin hamısı son zamanlarda kompüterə verilmişdi. Bu yazıları araşdırıb, imamların həyatından yeni üfüqlər kəşf edib xalqa çatdırmaq daha yaxşı olar.
Sonuncu sual: hərəmlərin ziyarətçılərinə və hərəmlərə qonşu olanlara tövsiyəniz varsa buyurun.
-Bizim tövsiyəmiz budur ki, namaz varxtı heç kəsə ziyarət etməyə icazə verməsinlər. Əllbəttə bu iş diqqətlə olunmalıdır, təzyiqlə mumkün deyil. İmamlarımız namazlarını ilk vaxtında qılıb, əgər biz də onların ziyarətinə gediriksə gərək onların yolunu gedək. Hərərəmin ətrafında yaşayanların insafları azdır. Gərək hərəmlərin ətrafında ən insaflı və İslama ən vəfalı şəxslər yaşasın ki, digərlərinə nümunə olsun.
Hörmətli ziyarətçilərə ayrı bir tövsiyəm də var. Gərək diqqətli olsunlar, məqbərəyə doğru səcdə Allaha şükr niyyəti ilə olmalıdır. Belə olan halda səcdənin eybi yoxdur.
Üçüncü tövsiyəmiz yenə də hərəmin ətrafındakılara aiddir. Təəsüflər olsun ki, onlar sədaqətsizlikləri ilə tanınırlar. Belə ki, Məşhəd camaatının bəziləri il ərzində bir dəfə də olsun İmam Riza (ə) hərəminə getmirlər, Qumda da belədir. Gərək bu qonşular Allahın onlara verdiyi nemətin qədrini bilsinlər və onları ziyarət etməklə axirətləri üçün mənəvi azuqə yığsınlar. Həmçinin onlar bilməlidirlər ki, hərəmə gələn zəvvarlar onların qonaqlarıdırlar və gözəl şəkildə qonaqlara hörmət etməlidirlər.
Sonuncu tövsiyəmiz hərəmin planlaşdırıcılarına aiddir. Gərək müqəddəs ziyarətgahda cümə günləri camaata təsir edəcək moizə təşkil etsinlər. Hərəmə toplaşanlar üçün qüruba bir saat qalmış İslami ədəb və əxlaqdan bəhs edən söhbətlər olsun.
Qiymətli vaxtınızı bizə ayırdığınız üçün təşəkkürümüzü bildiririk.
İslammektebi.org