Tarix : 2009 Nov 13
Kod 14877

Monqollar dövründə Aranın mövqeyi və rolu

.
Azərbaycan Servisi/Aran Agentliyi

Xülasə

İran tarixi 7-ci (h.q)əsrdə Monqolların gəlişi ilə dəyişdi.Çingizxan Xarəzmşahları məğlub etməklə İranın şərq əyalətini işğal etdi.Çingizxanın ölümündən qabaq onun imperatorluğu indiki Möğolıstandan İranın mərkəzinə qədər və Şimaldan Xəzərin qəribinə kimi idi.
Çingizxan işğal etmiş əraziləri 4 oğlu arasında bölüşdürdü. O, Uyğurdan Səmərqəndə və Buxaranı Cığataya bağışladı.Xarəzmdən Dərbəndə və Bakıya kimi böyük oğluna, Coci(Tuşi) bağışladı.Monğolistanı isə canişini Oktaya verdi.kiçik oğluna, Toluy, Oktayın ətrafındakı işğal olunmuş əraziləri bağışladı1.Çingizxann ölümündən sonra oğlanları arasında ixtilaf yarandı.monğollar üçün bəzi ərazilərin əhəmiyyəti daha çox idi.o cümlədən Aran.bu məqalədə bu mövzunu araşdıracayıq.
1.   İlxanilərdən öncə və Monqollar dövründə Aranın mövqeyi
Qeyd olunduğu kimi Çingiz xan işğal olunmuş ərazilərin bir hissəsini Cociyə verdi.Monğollar İrana hücum edəndə Coci ata və qardaşlarına qarşı çıxdı.ona görə də uzaq ərazilərə hücum edirdi.ancaq Cocinin tayfaları bu siyasəti yürütməyib cənuba dorğru hücum etdilər.Dərbəndən keçib isti zonya qədər, Aran və Qafqaza qədər hücum etdilər.Vüsaf adlı tarix kitabında bu mövzu qeyd olunub: - Dərbəndin çıxışında Dəmir Qapı var idi coci qışı orada keçirirdi,onlar  Arana kimi hücum etdilər.2
əlbəttə bundan öncə Zeydri Nosvi “نفثه المصدور” Aranat bölgəsində Moğolların olduğunu qeyd etmişdir.3 ehtimal edilir ki, bunlar Cəbə Və Subtay ordusu idi.bu ordunu Çingizxan, Xarəzmşahı təqib etdirmək üçün İranın mərkəzinə göndərmişdir.İranın şimalı, şimal-qərbi qarət etdirdikdən sonra Dərbənd yolu ilə Coci tayfasına və oradan Xəzərin şimalından Xarəzmdə Çingizxanla birləşdilər.
Aran və Azərbaycanın Monğollara əhəmiyyəti Oktay dövründə çoxaldı.monğollar İranı 20 işğal altında saxladıqdan sonra siyasi və hərbi hökümət təşkil etdilər.siyasi hökümət Xorasan şəhəri oldu.ordu və hərbi qüvvələr Aran və Muğanda yerləşdirildi.4
Oktay 628-ci ildə (h.q)baş komandanlarından birini Cormağun Noyanı 30 min nəfər ordu ilə İranın şimal-qərbinə göndərdi.iqamətgahı Muağanda5 idi.Aran Kur və Aranın aşağısında yerləşir.monğollar maldarlıqla məşğul olduğu üçün qış aylarını isti yerlərə, yayda sərin ərazilərə köç edirdilər.6
Yayda dağlıq zonalarda və meşəliklərdə yaşayırdılar.7 Cormağun bu əraziləri seçməkdən məqsədi strateji baxımdan bu bölgənin əhəmiyyəti idi.Müğan və Aranın xüsusi əhəmiyyəti var idi.Cormağun Coci tayfalarının hücumuna maneçilik törətməli idi. 8
Başqa bir tərəfdən Cormağun ətraf zonaları da işğal edə bilərdi.O, Xarəzmşahın ölümündən sonra 628(h.q)-ci ildə sərhəddəki bölgələri qarət etdirmək üçün ordusunu göndərdi.Sivas, Ərzərum,9 kiçik Asiya, Qafqaz, Gürcüstan və Tiflis işğal edildi.həmçinin Cormağun 636(h.q)-cı ildə Ermənistanı işğal etdi.Aran və Muğanın işğalından məqsəd Abbasi xəlifəsinə nəzarət etmək idi, onlar hələ monğollara tabe deyildirlər.Cormağunun ölümündən sonra İranın şimal-qərbində baş komandr Baycunuyan oldu.o, 639-cu ildən 653-cü ilə kimi baş komandr oldu.640(h.q)-cı ildə Səlcuqilər Quniyə hücum etdi və Ərzəncanın yaxınlığında “Kösə dağ”hücumunda II Kiyaxosrovu məğlub etdi.Rumu Monğollara tabe etdirdi.Baycuniyanın dövründə də Coci tayfası Aran və kiçik Asiyaya hücum edirdi.10 İbn Xəldun “مسالک الابصار فی ممالک الامصار” kitabına istinad edərək Şəhabəddinin Yəhya ibn Fəzlüllah, Coci tayfası haqqında yazır: Batu, Cocinin oğlu, Giyuk xan dövründə Aran, Həmədan, Təbriz və Marağ işğal edildi.11
Batonun qarşısını almaq üçün Giyuk xan baş komandanlarından birini İlçikdayı bu bölgəyə göndərdi.özü isə İrana doğru hərəkət etdi və yolun yarısında öldü. Bu dövrdə Azərbaycan bölgəsi, Aran, Kiçik Asiyanın işğalı monğolların məqsədlərindən biri idi.Cocinin işğal etmiş ərazilər isə soyuq və susuz bölgələr idi.12
Coci bu yerlərdən xilas olmaq üçün isti zonaya cənuba doğru hərəkət etməli idi.buna görə Dərbəndən keçməli və Aran, Azərbaycan, Gürcüstan və kiçik Asiyanı işğal etməli idi.qeyd olunduğu kimi monğolların mərkəzi ordusu hər dəfə bu zonalara ordu göndərirdi və cocinin tayfalarına maneçilik törədirdi. monğolların düşməni ilə yəni xəlifə və səlcuqilərlə Coci tayfası birləşməmək üçün onlara maneçilik törədirdi. Beləliklə Coci tayfası və müttəfiqləri arasında Aran və Azərbaycan maneə idi.
2.   İlxanilər dövündə Aranın mövqeyi və rolu
Mənguqan hakimiyyəti dövründə İran tarixində dəyişikliklər oldu.Moğolların xanı Həlukuxanı İranı fəth etmək üçün İrana doğru göndərdi.Həlakuxan İsmayililəri və xəlifəni özünə tabe etmək istəyirdi.Həlakuxanın ordusuna yardım olaraq Coci tayfası və Ciğatay ordu göndərdi.Həlakuxan İranı fəth etdi və Abbası xəlifəsinə son qoydu.
“o İranı işğal etdikdən sonra Azərbaycana doğru hərəkət etdi və Marağanı paytaxt etdi. O dövrdə Azərbaycanın xüsusi əhəmiyyəti var idi.Həlakuxan Orat dənizi və Gürcüstanı fəth etmək niyyətində idi.Qafqaz qalaları və Dərbəndin dağları Coci tayfalarına qarşı təbii bir maneə idi və bu ərazi həlakuxanın ixtiyarında idi.13
Həmçinin Həlakuxan elə bir bölgədə olmalı idi ki, eyni zamand kiçik asiyaya, əcəm və ərəb İraqa və İranın mərkəzinə nəzarət etməli idi.
Azərbaycan və Aranın əhəmiyyətini artıran bir məsələ də Coci tayfasından olan , Berki, İslam dinini qəbul etdi. Berki İslam dinini qəbul etməklə həm dini, həm də siyasi baxımdan İlxanilərin rəqibi idi.Berki, Həlakuxanın dinə zidd fəaliyyətlərinə qarşı çıxdı.bundan başqa İrana hücum edildiyi zaman Həlakuxan Cocinin ordusuna vəd etmişdir ki, əgər bu hücumda onlara yardım etsə, Aranın ətrafından Təbriz və Mərağadan qarət edilən azuqəni onlarla paylaşacaq.14
Həlakuxan bu vədinə əməl etmədi.Coci ordusunu İrandan qovdu.buna görə də Coci tayfası onların düşmənləri ilə, yəni Misr və Şamla müttəfiq oldu.
Beləliklə, Berki 661-ci(h.q) ildə Həlakuxanın əleyhinə Sultan Mələk ülzahir Roknüddin bibrislə birləşdi.15
Bu müttəfiqlikdən sonra Berki Həlakuxanın işğal etmiş ərazisinə hücum etdi və məğlub oldu.bu məğlubiyyətdən sonra Coci tayfası Berkinin işini davam etdirərək Misr və Şam əmirləri ilə müttəfiq oldu.16
713-cü ildə Özbəkxan, Coci tayfasının xanı, Cocinin qız nəvələrindən birini, Əlmələk ülnasiri, aldı.17
Coci tayfasına görə Azərbaycan və Aranda Həlakuxanın yerləşməsi təcavüzkarlıq idi.Həlakuxan Bekini hücumuna maneçilik törətmək üçün dərin xəndəyin qazılmasına əmr etdi.Araz çayının ortasından Dərbəndə kimi İlxanilərin MənguTeymur adlı şahzadəsini orada yerləşdirdi.18
Həlakuxanın Arana və Qafqaza olan marağı bir neçə səbəi var idi.1.Gürcüstan və Kiçik Asiyaya sahib olmaq üçün bu ərazilərə sahib olmalı idi.2. bu ərazilərə nəzarət etməklə iki düşməninin- Coci və əmirlər-müttəfiq olmasına maneçilik törədirdi.həmçinin İlxanilər əmirlərlə mübarizə etdiyi zaman arxa cəbhədən, yəni Cocilərdən arxayın olmalı idilər.Aran və Qafqazın əhəmiyyətinin çoxalmasına başqa bir səbəb Qafqaza və Arana nəzarət etməklə Təbrizdə və Marğada yerləşən İlxanilərin mərkəzi ordusuna Coci Tayfasından bir təhlükə törənə bilməzdi.ilxanilərin mühüm siyasəti Aranın ətarfını, Qafqaz, Gürcüstan və Azərbaycanı qorumaq idi.bu ərazilərin xüsusi əhəmiyyətinə görə Həlakuxanın canişini Abaqa, oranın hakimiyyətini qardaşı Yaşmutuya verdi.Cığatay tayfası İlxanilərlə düşmənçiliyə başladı və bir-biri ilə mübarizə etdilər.19 işğal olunmuş ərazilərin qərbindən Misr və Şam əmirləri ilxanilərin əleyhinə hücum etdilər.işğal olunmuş ərazilərin şimalından Coci tayfası hücuma keçdi.siyasi gərginlik, iqtisadi gərginliyə də səbəb olmuşdur.20
İlxanilər siyasi və iqtisadi böhrandan çıxmaq üçün cənubdan-Hormoz və dəniz yollarından- istifadə etməli idilər.tarixçilərin fikrincə, Hormoz varlı şəhər idi.Hind, Çin və qərb malları oradan mübadilə edilirdi.21
İlxanilərin iqtisadi və siyasi böhranları səbəb oldu ki, bu ada ticarət baxımdan inkişaf etsin.
İkinci yol Şimal-qərb yolu idi.Təbrizin cənubundan Aran və Qafqazdan Qara dənizə və Kiçik Asiyaya çatmaq.Avropadan gələn bütün səfirlər bu yoldan istafadə edirdilər.
Markopolo Təbriz haqqında deyir: - İranın ən məşhur və şərəfli şəhəri Təbrizdir.Təbrizin əhalisi ticarət və incəsənətlə məşğuldur.müxtəlif materiallarda parça istehsal edirlər.Təbriz yüksək mövqeyyətdə yerləşir.Hindistandan, Bağdad, Mosul, Hormoz və müxtəlif yerlərdən mallar şəhərə gətirilir.xarici tacirlər Təbrizin daxilində istehsal olunan malları alırlar.”23
İlxanilər yaxşı bilirdilər ki, Aran, Qafqaz, kiçik asiyanı əldən verməklə hakimiyyətləri sona çatacaq.Coci tayfası, Misr və Şam əmirləri bu əraziləri İlxanilərin əlindən azad etməyə çox çalışdılar.Nisab bu haqda deyir: “ Toqtay, Coci tayfasının xanı Aran və Azərbaycanın azad olunmasına çoxlu səylər göstərdi.çoxlu elçilər göndərdi.Çingizxanın paylaşmasına əsasən bu ərazilər Batuya aid idi.Qazan bu əraziləri haqqına verəməlidir”24
İbn Xəldun Şəhabəddinin Yəhya ibn Fəzlüllaha istinad edərək yazır: “ Çingiz Marağa və Həmədanı Tuşi(Coci)yə vermişdir.25amma Qazan Coci tayfasının xanına cavab olraq dedi: “ Həlakuxan dövründən bu ərazi qılıc gücü ilə alınıb və geri qaytarılması da qılınc gücü ilə olacaq.”26Qazanxanın cavabı bir daha sübut edir ki, Aran və Azərbaycan nə qədər onlar üçün əhəmiyyətli idi.bunlara baxmayaraq coci tayfası bu iddiasından vaz keçmədi.Coci tayfasının xanı, Özbəkxan, Olcaytoya elçi göndərdi: “İran ərazisindən bizə aid olan əraziləri geri qaytar və bağlı qapılar açılsın.”27
İlxanilər tərəfindən Aran və Azərbaycanın işğalı səbəb oldu ki, coci tayfası ilə Misr və şam arasında ticarət əlaqələri kəsilsin.Cociyə Türküstan və Xarəzmdən gələn mallar Misr və Şama göndərilmirdi.
Özbəkxan öz iddiasını Əbusəid İlxani dövründə də təkrar etdi. “ 736-cı ildə Əbusəid Bağdada doğru hərəkət etdi.yolda xəbər çatdı ki, Özbəkxan ərazi iddiası edir.və buna görə də Dərbənddə hücum edir.Əbusəid Qarabağa hücum etdi.”28
Əbusəidin ölümünə görə müharibə natamam qaldı.ancaq canişini Arpaxan Özbəkxanla mübarizə etdi və onun ordusunu məğlub etdi.İlxanilər hakimiyyətlərini davam etdirmək üçün və Cocilərin hücumuna maneçilik törətmək üçün əmirlərlə müttəfiq oldu.beləliklə İslam dinini qəbul etmiş Əhməd Təkudar İlxani, Mələk Mənsur Ulfinin nəzdinə elçi göndərdi və Ticarət yolların açıq olduğunu bəyan etdi və Mələk Mənsur qəbul etdi.”29
Qazan və Əbusəid arasında dostluq yarandı.30 hərçənd ki ilxanilər və Misr və Şam əmirləri arasında heç bir zaman etimad yaranmadı.31
Hər halda İlxanilər bu müttəfiqlikdən məqsədləri Aran və Azərbaycanda öz mənafelərini qorumaq idi.
Bütün bu hadisələr göstərir ki, Aran və Azərbaycan ilxanilərin işğalındaydı.Coci tayfasının səylərinə baxmayaraq onlar bu əraziyə sahib ola bilmədilər.hətta Əbusəidin ölümündən sonra bütöv İranda hərc-mərclik yarandı. Cani bəy, Cocilərin xanı çox çalışdı Aran və Azərbaycanı özünə tabe etsin, ancaq Azərbaycan və Aran İran Ərazisində qaldı.
  • Yazılıb
  • da (də) 2009 Nov 13