Tarix : 2009 Nov 14
Kod 14878

MOSKOVA MERİ APTEKLƏRİ BAĞLATDIRIR

Yuri Lujkov "donuz qripi" əleyhinə dərmanları olmayan əczaxanalar haqqında ciddi tədbir görəcək
Rusia Servisi/Aran Agentliyi
Moskva meri Yuri Lujkov şəhər ərazisindəki apteklərə nəzarətin gücləndirilməsi ilə bağlı sərəncam verib.

Lent.az-ın “Ria Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə merin müavini Lyudmida Şvertsova açıqlama verib.
O bildirib ki, bundan sonra gündəlik olaraq Moskvadakı apteklərdə donuz qripi və ümumiyyətlə, qrip əleyhinə zəruri dərmanların olub-olmaması ilə bağlı monitorinqlər keçiriləcək. Bu apteklərdə tamiflyu, anaferon, immunal, interferon, arbidol və digər dərmanlar olmadıqda həmin aptek barədə sərt qərarlar veriləcək. Həmin apteklərin lisenziyası da alına bilər.
Lyudmila Şvertsova qeyd edib ki, paytaxt sakinləri donuz qripi epidemiyası zamanı istənilən aptekdən dərman tapa bilməlidirlər.

  • Yazılıb
  • da (də) 2009 Nov 14