Tarix : 2009 Nov 14
Kod 14879

Ayət. Cənnəti: düşmənlərin İrana qarşı fitnəkarlıqları İran xalqının birləşməsinə səbəb olacaq

Tehranın cümə namazı xitabətçisi deyib: Düşmənlərin İrana qarşı fitnəkarlıqları İran xalqının daha da möhkəm birliyinə səbəb olacaq
İİR Servisi/Aran Agentliyi

Tehranın cümə namazı xitabətçisi deyib: Düşmənlərin İrana qarşı fitnəkarlıqları İran xalqının daha da möhkəm birliyinə səbəb olacaq.
Tehranın bu həftəki cümə namazının xitabətçisi Ayətullah Əhməd Cənnəti sonra Amerikanın İrana xalqına qarşı düşmənçilikləri və İrana qarşı məğlubiyyətə uğramış sanksiya siyasətlərinin davamı üçün illik büdcə ayrılmasına işarə edib: "Amerika ilə mübarizə bayrağı daim dalğalamaqdadır və düşmənlərin fitnələri nə qədər artsa, İran xalqının həmrəylik sıraları daha sıxlaşaraq genişlənməkdədir - deyə Ayətullah Cənnəti sözlərini davam etdirib.
O deyib: İslam müxaliflərinin kin-küdurətləri bütün tarix boyu mövcud olub və düşmənlər İlahi peyğəmbərlərin hökumətlərini də fitnəkarlıq və qərəzli hiyləgərliklə hədələyirdirlər.
Tehranın cümə namazı xitabətçisinin Yəməndə Sədə vilayəti şiələrinin represiyasında bəzi qonşu ölkələrin rolları haqdakı xəbərdarlıq edib. O deyib: Nə üçün bəzi qonşu ölkələr şiələri qətlə yetirilməsinə tam ciddiyətlə təşəbbüs göstərməkdədirlər?
Ayət. Cənnəti vurğulayıbdır ki, İslam Konfransı Təşkilatının təsis olunma fəlsəfəsi məzlumu müdafiə etmək məqsədi ilə bu təşkilatın Yəməndə şiələrin qırğın edilməsi haqda təcili hərəkətlər həyata keçirməlidir.

  • Yazılıb
  • da (də) 2009 Nov 14