Ermənistan Silahlı Qüvvələri Ağdamın işğal altında olan ərazilərində bu gün yenidən hərbi təlimlərə başlayıb
Ermənistan Servisi/Aran Agentliyi
Ermənistan Silahlı Qüvvələri Ağdamın işğal altında olan ərazilərində bu gün yenidən hərbi təlimlərə başlayıb. İşğal altında olan Şahbulaq dağının ətəklərindən artilleriya və zirehli texnikalardan açılan atəş səsləri eşidilir. Partlayışların törətdiyi titrəyişlər rayonun bütün yaşayış məntəqələrində hiss olunur.
Qeyd edək ki, ermənilər artıq bir aya yaxındır, işğal etdikləri Azərbaycan ərazilərində bütün cəbhə boyu müxtəlif qoşun birləşmələrinin iştirakı ilə hərbi təlimlər keçirirlər.