Tarix : 2009 Nov 14
Kod 14882

İçərişəhərin sakinləri barbar üsullarla evlərindən qovulur

İçərişəhərin bəzi sakinlərinin elektrik enerjisi kəsilib. Gecə yarısından isə həmin sakinlərin qaz təminatı da kəsilib
Azərbaycan Servisi/Aran Agentliyi
İçərişəhərin bəzi sakinlərinin elektrik enerjisi kəsilib. Gecə yarısından isə həmin sakinlərin qaz təminatı da kəsilib. Bu haqda Deyerler.org-a İçərişəhərdə işıqı və qazı kəsilən sakinlərdən məlumat daxil olmuşdur. Müvafiq orqanlar bununla həmin binanın sakinlərini məcburi qaydada oradan çıxarmağa çalışırılar. Verilən məlumatlara görə, sakinlərin bu məsələ ilə bağlı Səbayel RİH başçısı ilə görüçşləri baş tutmamışdır. Bu gündən isə sakinlər artıq qazsız, işıqsız və susuzdurlar.

Yerli sakinlər bunu özlərinin hüquqlarının, şərəf və ləyaqətlərinin tapdanması kimi qiymətləndirirlər. Sakinlər birbaşa RİH-in rəhbərləri tərəfindən onların evlərindən çıxması üçün təzyiqlər edildiyi bildirirlər. Bu günlərdə həmin əraziyə də hasarların çəkiləcəyini deyilir. Məlumatlara görə, Bakı şəhər İH-nin köməkçisi Bəxtiyar Fərəcov adlı şəxs sakinlərin binanı tərk etmələri üçün hər kvadrat metrə cəmi 2500 ABŞ dolları təklif edilib ki, bu da bu yer üçün uyğun qiymət deyil.

Bildirirlir ki, qazı və işıqığı kəsilən həmin bina YUNESKO-nun mədəni irsinin siyahısına daxildir. Bundan başqa, sözügedən binanın 2488 saylı dövlət inventarı da olduğu məlum olub. Bu bina Qız Qalası tarixi abidəsinin qarşısında yerləşir.
Deyerler.org
  • Yazılıb
  • da (də) 2009 Nov 14