Tarix : 2009 Nov 14
Kod 14883

Hərbi anbarda partlayış baş verib

Rusiyanın Ulyanvosk şəhərində yerləşən hərbi anbarlar yanır
Rusia Servisi/Aran Agentliyi

Rusiyanın Ulyanvosk şəhərində hərbi anbarlar yanır, partlayış səsləri eşidilir. Bu barədə məlumat ölkənin Müdafiə Nazirliyindən verilib.

Yerli sakinlər şəhərin Zavoljsk rayonunda partlayışların baş verdiyini bildirir. Onların dediklərinə görə, partlayış səsləri Hərbi Dəniz Donanmasına məxsus obyektlərin yerləşdiyi tərəfdən eşidilir.

Zavoljsk rayonunun telefon rabitəsində problemlər yaranıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin operativ qrupları gəlib.

  • Yazılıb
  • da (də) 2009 Nov 14