Tarix : 2009 Nov 17
Kod 14921

Qafqaz, dillərin dağı

ş
Qafqaz Servisi/Aran Agentliyi

Qafqazın varlığında İran dillərinin rolu

Xülasə
Qafqaz əski bir addır.şərqşünasların fikrincə, Qafqazın mənşəyi farca “ Gəp ka”hissəciyindən-Böyük dağ anlamında-təşkil tapıb.bir sıra tədqiqatçılar isə Ferdovsinin Şahnaməsinə istinad edərək Kaf dağından alındığını söyləyirlər.Qafqaz dağlıq zona, iki dənizin arasında xəzər və Qara dənizdə yerləşir.cənubdan İran və Türkiyə ilə şimaldan Rusiya ilə qonşudur.Qafqazın 500 min km2 sahəsi var.iki yerə Şimal və Cənuba ayrılır.
Şimali Qafqaz Rusiyanın bir hissəsidir.Muxtar respublikalar, Çeçen, Dağıstan, İnquş, Qaraçay-Çərkəs, Qabardin-Balkar, Krasnodar, adıgey, Şimali Osteiya-Alaniya, strapol ərazisi buraya aiddir.Cənubi Qafqaza Azərbaycan Respublikası, Ermənistan, Gürcüstan, İranın şimal-qərb hissəciyi, və Türkiyənin Şimal-şərqi aiddir.
Cənubi Qafqazın əsas hissəsi, Şimali Qafqazın Cənub-şərqində yerləşən Dağıstan Qacar dövrünə kimi İran ərazisi idi.amma Fəthəli şah dövründə İran və Rus müharibsində İrandan ayrıldı.və çar Rusiyaya verildi.Sovet dağıldıqdan sonra üç ölkə Azərbaycan, Ermənistan və Gürcüstan Cənubi Qafqaza hakim oldu.
Burada İran mədəniyyətinin və dilinin əhəmiyyətini və rolunu araşdıracayıq.buna görə də ilk tədqiqatçıların fikirini burada qeyd edəcəyik.sonra Qafqazdakı dilləri təsnif(İran və qeyri-iranlı)edəcəyik. Qafqazda mövcud olan iranlı dillər Ası, kürdi və ....
Keçmiş tədqiqatlar
Qismən kiçik olan qafqaz məntəqəsi dil baxmından rəngarəngliyi çoxdur.dillər şəhərdən-şəhərə hətta kənddən-kəndə fərqlidir.kiçik bölgədə dil müxtəlfliyi dilçilərin fikrini özünə cəlb edib. “1800-cü ildə Rus tədqiqatçıları, tarixçilər və hətta generallar bu ərazilərdə mövcud olan müxtəlif dilləri toplamağa başladılar.”(Kemri və başqalar, 1387:63)
Xarici tədqiqatçılardan əlavə(Miller, Xodzko, Riss, Oranski, Lerch, Yusti, Zalman və başqaları)İranlı tədqiqatçılar da bu sahədə araşdırmalar aparıblar, o cümlədən 1348-ci ildə (1969)Əbüqaseminin disertasiyası(Asi dili).bu tədqiqata əsasən Qafqazdakı mühüm iranlı dillərindən biridir.1337-ci ildə(1958) Yarşaterin “İran dilləri və ləhcələri”adlı məqaləsi.Kazimzadənin 1387-ci ildə(2008) “Qafqazda İran dilinin mirasi, As dili”
Qafqazda geniş yayılmış dillər
Ərəb coğrafiyaçıları bu bölgəni “dillərin Dağı”adlandırıblar.burada 50 dil mövcuddur.(Katsener, 28, 1376:27)
Dilçilər 4-dən 7 minə qədər dili təsnif ediblər.bu gün elm dünyası “genetik”əsasında olan təsnifi qəbul edir.bu təsnifə görə eyni qrammatikdə olan bir neçə dilin fonetikasında baş vermiş dəyişikliklər bir ailədəndirlər.beləliklə Hind-Avropa , Sami və Hami, Ural, Altay dilləri(Baqeri, 1383:27)
Bu tədqiqata əsasən Qafqazdakı dillər iki qrupa ayrılır:
1.    Qeyri-irandillilər
2.    irandillilər
Qafqazda qeyri-İranlı dillər
Qafqazdilli , Hind-Avropa, Altay, qədim Asiya dilləri
Qafqazdillilər
Qafqazda yayılan 50 dildən 40 dil qafqazdillidir.bu dildə danışanların sayı 6 milyon nəfərdir. “40 dildən yalnız 12 dilin əlifbası var.”(Katsener, 27, 1376) bu on iki dil 4 qrupa ayrılır:
1.Cənub: Gürcü
2.Qərb: Abxaziya, Adiciyayı, kabardini, Abazini
3.Şərq: Çeçeni, inquşi
4.Dağıstanı: Avarı, Ləzgi, Darqini, Ləki, Tabasari (Həmin mənbə, 28)
Hind-Avropa dilləri
Rus, Erməni, İngilisi.Rus dili İslav dilinin şərq qrupuna aiddir.Erməni dili qədim dillərdəndir Qafqazın cənubunda və Qara dənizin cənub-şərq sahillərindədir.(Baqeri, 1383)
İngilis dili Germən grupuna və Hind-Avropa dillərin qərbinə aiddir.
Altay dilləri
Altay adı Monğolıstanın qərb dağların adı ilə bağlıdır. “bu dil üç yerə Türkik, Moğoli, Təngüzi”(həmin mənbə, 25)
Rza Bağıbidinin(1380)dediyinə görə Qafqaz bölgəsində Türkik dili geniş şəkildə yayılıb.Qafqazda geniş şəkildə yayılmış altay dillərdən biri də Azərbaycan, Qaraçay, Balkar, kumik və Yakuti dillərdir.
Qədim Asiya dilləri
Sibirin Şimal və Şərqindəki dilləri Qədim Asiya dilləri adlandırırlar.
Azərbaycanın yakut bölgəsində Uduli dilində 300 nəfər danışır.(Katsener, 1376)
İran mənşəli dillər
“İran mənşəli dillər Ariyayı ya Hind-İran qrupuna aiddir.və Hind-Avropa qrupunun mühüm dillərindən biridir.İran mənşəli dilləri üç dövrə ayırlar.
1.Qədim dövr
2.Orta dövr
3.Yeni dövr(Baqeri, 1383:40)
Qədim dövr (e.ə 10-12)
Mad, Saka, Avesta və qədim Fars dili.əlbəttə Mad və Sakaların dilinə aid abidələrdə yalnız xüsusi isimlər var. Ancaq Avesta, və qədim Fars dilində çoxlu yazılar var. Qədim dövr e.ə 331-ci ilə kimi davam edib.(həmin mənbə, 43)
Orta dövr (e.ə 250, 65-ci ilə kimi)
Əşkanilərin dövründən sasanilərə kimi davam edib.bu dövrdə dillər iki qrupa Şərq və Qərbə ayrılır.
Şərqi Orta dövr irandillər: Soqdi, Saka, Bəlx, Xarəzmi
Qərbi Orta dövr irandillər: Parti ya pəhləvi , Orta Fars dili ya Sasani.bu iki dil arasında olan fərq yalnız ləhcəyə aiddir.(həmin, 72, 81)
Yeni dövr
“ərəblərin hücumundan indiyə kimi davam edir.”(həmin, 107) iki qrupa-Şərq və Qərb-ayrılır. “ yeni dövr İran dili, indiki İran, Tacikistan və Əfqanistana aiddir.ancaq yeni İran dilini Orta Asiya, Çinin Türkistan, Türkiyə, Fars Körfəsinin ətrafındakı ölkələr, Suriya, Hid yarımadasında, İraq, Pamir yaylası və Qafqazda danışanlar da var.”(Rza Bağbidi, 1380,3)
Qafqazda yayılmış İrandillilər
Asi
Asi dili yeni şərq İrandillidir.Qafqazın şərqində-Rusiya və Gürcüstanı ayıran Qafqaz dağların ətəyində-yerləşir.bu bölgə Rusiya respublikasında, Osetiya adı ilə tanılır.halbu ki, Gürcüstanda Cənubi Osetiya muxtar respublika adlanır.1976-cı ilin statistik məlumatına əsasəsən 500 min nəfər Asi dilində danışan var.bunlardan 60%-i Şimal Osetiyada və 15%-i Cənubi Osetiyada yaşayır.(katsener, 146, 1376, 145)
Asi dilinin iki ləhcəsi var:şərq ləhcəsi(iron)və qərb ləhcəsi (digor).fonetik və qrammatik baxımından İroniyə görə əski ləhcədir.bu ləhcə geniş şəkildə yayılıb və əksər əhali bu ləhəcə ilə danışır.bu ləhcə Asi dilinin konyesini təşkil edir.Rus əlifbasında yazılır.Asi dili Saka dilinin qalığıdır. “Asi dili Qafqaz dillərin təsirinə məruz qalaraq ruslaşıb.Yeni İran dili olan Asi dili Fars dilinin təsrində qalmayıb.və əski xüsusiyyətləri qoruyub.Asi ədəbiyyatın banisi “Kostaxtagorov”dur.(1916-1895)” (Əbülqasemi, 1380, 260)
Xatırlatmalıyam ki, bir dilin yayıldığı ərazi dilin təsnifinə təsir göstərməyir. Misal üçün hal-hazırda Asi dili irandillilərin şimal-qərbindədir.ancaq Asi dili İranın şərq dilidir.çünki sakaların qalığıdır və bu dil orta şərq irandilidir.”(Oranski, 1378, 162).
Kürdi
Yeni dövrün ən mühüm dilli Kürd dilidir və Qafqazda yayılıb. “Kürd dili yeni İran dilinin qərb qrupuna aiddir. Kürdlər İran, Türkiyə, İraq, Ermənistan, Gürcüstan, Azərbaycan, Türkmənistan və Rusiyada yaşayırlar.”(Əbülqasemi, 1380, 259)
Kürd dilinin müxtəlif ləhcələri:
1.    Şimal-qərb ya Kermanci ya Kurmanci(İranda, Türkiyə və suriyada)
2.    Şimal-şərq (Azərbaycan respublikası, ermənistan, türkmənistan, Qırqızıstan, Qazaxıstan, Gürcüstan, İraqın Badinani ərazisi)
3.    Mərkəzi Kürd dili: surani(İran və İraqda), Sənəyi(Sərəndəci), Mokri(İranda)...
4.    Cənubi Kürd dili: səncabi, Kirmanşahı, kəlhori, Lori, ləki...(Rzayi Bağbidi, 1380, 6)
Kürd dili hansı dilin təsiri altında qalıbsa, həmin dilin sözlərini qəbul edib.İrandakı kürdlər Fars dili, İraq və Suriyada Ərəb dilini, Türkiyədə Türkçənin və Qafqazda ruscanın təsirində qalıb.bütövlükdə Fars və Ərəb dili Türk dilindən və hər üç dilin təsiri Rus dilindən çox olub.”(həmin, 260). “Kürd dilinin müxtəlif ləhcələrini yazmaq üçün İran və İraqda fars və ərəb əlifbasından, Suriyada latin qrafkasından, Qafqazda isə Rus əlifbasından istifadə edilir.(Əbüqasemi, 1373, 70)
Talış
Yeni İranın qərb qrupuna aiddir.şimal-qərb ləhcəsinə aiddir.Xəzərin Cənub-qərbində, Azərbaycan respublikasında, Lənkəranda və qərb dağlarında yaşayırlar.
1976-cı ildə Talış dilində 220 min nəfər danışır, 150 min nəfəri sovet respublikasında yaşayırlar.Azərbaycan respublikasının talışları ana dillərindən əlavə azərbaycan dilini də bilirlər.”(Oranski, 1378, 139) “ Talışda iki ləhcə -Şimal və Cənub-var.Xalxalın tat və Masulə ləhcələri Talışın cənub ləhcəsidir.”(YarŞatr, 1337, 28)
Azərbaycan respublikasında Talış ləhcələri İran ləhcələrinə (Masal, Əsalem, Şandermən və ...) yaxındır. “sonuncu ləhcələr Gilan əyalətinin ləcəsinə (Masulə kəndi və ...)və Azərbaycanda Xalxal əyalətinin ləhcəsi ilə (Şahrudi ləhcəsi....)əlaqədardır və başqa ləhcələrlə”(Oranski, 1378, 162)
Millerin tədqiqatına əsasən 16-cı əsrdə Ərdəbilin ləhcəsi indiki talışların ləhcəsinə yaxındır.(həmin mənbə, 139)
Tat
“Yeni İranın qərb dilinə aiddir.şimal-qərb ləhcəsinə aiddir.İran Azərbaycanında, Dağıstanın bəzi ərazisi və Azərbaycan respublikasında yaşayırlar.”(Baqeri, 1383, 109) “Tat dili iki ləhcəyə -Şimal və Cənub-ayrılır.”Şimali Tat ləhcəsi Azərbaycan respublikasında yəhudilər, Cənubi tat ləhcəsi Azərbaycan respublikasının müsəlmanları və xristianları arasında geniş yayılıb.”(Rza Bağbidi, 1380, 5)
“Tat dili Fars və Tacik dilinə yaxındır. Leksik və fonetik baxımından Azəri dilinin təsirinə məruz qalıb. Azərbaycan respublikasında yaşayan bütün tatlar, tat dilini şifahi şəkildə bilirlər, ancaq Azəri dilində təhsil alırlar.Dağıstan tatları öz ana dilində yazırlar.”(Oranski, 1378, 137)
İran dilindən Qafqaz mədəniyyətinə kimi
“Dil ictimai-siyasi hadisələrlə əlaqədardır.”(Modərresi, 1387, 4)bu mövzu səbəb olub ki, dil mədəniyyətin əsasını təşkil etsin.(Bateni, 1385)
“Tarix, inanclar, inamlar, din, əfsanələr, incəsənət və .... hər bir ölkənin mədəniyyəti ilə sıx bağlıdır.”(Ruhuləmini, 1384, 111)beləliklə dil hər bir xalqın kimliyidir.və mədəniyyətin formalaşmasında əsas rolu var.(Haket, 1960)Aşuri(1386:14)deyir:- dil və mədəniyyət qarşılıqlı əlaqədədilər.
Qafqazda yayılmış İran dilləri göstərir ki, burada olan mədəniyyət İran mədəniyyəti ilə sıx əlaqədardır.və irandilləri əsasında Qafqazda şifahı xalq ədəbiyyatı formalaşıb.
Oranski(1378)və Urlatu(1981)-ci ildə iddia ediblər ki, bir ailədən olan dillərin mənşəyi bir kökdəndir.eyni xüsusiyyata sahibdirlər.
Nəticə
Qafqazda İran dillərin yayılması və mədəniyyətlə dil arasında sıx əlaqə bir daha sübut edir ki, Qafqazın mədəniyyətində İran dillərinin xüsusi əhəmiyyəti var və bu məqalədə dilçilik sahəsindən bu məsələni araşdırmaqla bunu sübut etməyə çalışdıq.Qafqazda mövcud olan İran dillərini araşdırmaqla həmin dillərin mədəniyyətə olan təsirini və İranla Qafqaz arasında mədəni əlaqələrin sıx olduğunu aydınlaşdırmaq olar.və bu ərazilərdə dilləri araşdırmaqla dilçilk sahəsində bir çox irəliləyişlər ola bilər.
 
 
  • Yazılıb
  • da (də) 2009 Nov 17