Türkiyə Servisi/Aran Agentliyi
FaktXəbərin Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Türkiyənin Diyarbəkr vilayətinin Silvan rayonunda dəhşətli partlayış baş verib. Divarbəkir rayonun inzibati binasının qarşısında baş verən partlayışda xeyli sayda insan yaralanıb. Hələlik baş verən partlayış nəticəsində 1 nəfər həlak olub. Qeyd edək ki, hadisə zamanı 2-si ağır olmaqla, 18 nəfər yaralnıb. Nəzərinizə çatdıraq ki, hadisənin terror aktı olması istisna olunmasa da, bu haqda rəsmi bir açıqlama yoxdur. Araşdırmalar davam edir.