Azərbaycanın Quba rayonunun ucqar kəndlərinə ötən gündən etibarən güclü qar yağmağa başlayıb
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycanın Quba rayonunun ucqar kəndlərinə ötən gündən etibarən güclü qar yağmağa başlayıb. APA-nın şimal bürosunun məlumatına görə, qar Quba-Xınalıq yolunda bir sıra problemlər yaradıb.
Xüsusən də yolun 41-ci kilometrliyində bir qədər əvvəl baş verən torpaq sürüşməsi ilə bağlı avtomobillərin hərəkəti üçün təhlükə var. Ancaq təkərlərinə zəncir bağlanmış böyük yük maşınları Xınalıq kəndinə qalxa bilir. Yerli sakinlər rayon mərkəzi ilə əlaqələrin kəsilməsindən narahatlıq keçirirlər.
Xınalıq kəndinə və digər ucqar dağ kəndlərində qarın qalınlığı 40 santimetrdir.