Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə görüşünün tarixi müəyyən edilib
Azərbaycan Servisi/Aran Agentliyi
“Yeni Şərq”in verdiyi məlumata əsasən, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə görüşünün tarixi müəyyən edilib.
İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşü noyabrın 22-də Münhendə ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə keçiriləcək.
Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə əvvəlki görüşü oktyabrın 9-da MDB dövlətlərinin sammiti çərçivəsində Kişinyovda baş tutub.
“Yeni Şərq”