İran prezidenti Mahmud Əhmədinejad Təbriz şəhərinə səfər edib. Prezidentin səfərində 24 yüksəkvəzifəli nazirlər kabinetinin üzvləri onu müşayiət edir
İİR Servisi/Aran Agentliyi
“Yeni Şərq”in verdiyi məlumata əsasən, İran prezidenti Mahmud Əhmədinejad Təbriz şəhərinə səfər edib. Prezidentin səfərində 24 yüksəkvəzifəli nazirlər kabinetinin üzvləri onu müşayiət edir.
Bu, Əhmədinejadın prezidentliyi dövründə Təbrizə ikinci səfəridir.
Əhmədinejadın Təbrizə birinci səfəri zamanı şəhərlə bağlı 169 layihə və 32 müqavilə imzalanıb. Təbrizin qubernatorunun sözlərinə görə, imzalanan layihələrin indiyədək 96-sı həyata keçirilib.
“Yeni Şərq”