Tarix : 2009 Nov 19
Kod 14950

''Azərbaycan'' İran yollarına çıxacaq

İran Prezidentinin birinci müavini Məhəmmədrza Rəhimi bildirib ki, gələn ildən "Azərbaycan" adlı avtomobilin istehsalına başlanılacaq
İİR Servisi/Aran Agentliyi
   “Yeni Şərq”in verdiyi məlumata əsasən, İran "Azərbaycan" adlı avtomobil istehsal edəcək.
    İran Prezidentinin birinci müavini Məhəmmədrza Rəhimi bildirib ki, gələn ildən "Azərbaycan" adlı avtomobilin istehsalına başlanılacaq.
    "İranda yaşayan bütün xalqlar prezident üçün əzizdir, lakin Azərbaycan xalqı daha əzizdir və Prezident Əhmədinejad Azərbaycan xalqını daha çox istəyir", - bunu Rəhimi çərşənbə günü Təbriz şəhərində Sufian sement zavodunun açılış mərasimində bildirib.
    Rəhimi əlavə edib ki, İran xalqı və bütün dünya müsəlmanları fəxr edir ki, İranın ali rəhbəri Təbrizlidir və bildirib: "İran Prezidenti Əhmədinejadın Təbrizə səfəri zamanı verdiyi vədlərdən biri həyata keçiriləcək. Həmin vəd yüksək keyfiyyətli "Azərbaycan" adlı avtomobilin istehsalına başlanılmasıdır".
    Rəhimi əlavə edib ki, "Azərbaycan" avtomobili "İran Khodro" şirkəti tərəfindən istehsal olunacaq. İran Prezidentinin bu günə Təbrizə nəzərdə tutulan səfəri cümə axşamına təxirə salınıb.
“Yeni Şərq”
  • Yazılıb
  • da (də) 2009 Nov 19