Tarix : 2009 Nov 20
Kod 14957

Qafqazda Amerikanın xarici siyasəti

.
Qafqaz Servisi/Aran Agentliyi
Xülasə
Qafqaz bölgəsi geosiyasi, strateji və geoekonomik xüsusiyyətlərə görə dünyanın böhranı bölgəsidir.bu məntəqənin təbii sərvətlərinə görə, yaxşı tranzit mövqeyi, malların alış-verişi üçün əlverişli bazarların mövcudluğu və siyasi baxımdan səbatsızlıq, münaqişələr və.... səbəb olub ki, dünyanın müxtəlif xarici ölkələri bu bölgəyə nüfuz etsinlər.bu dövlətlər məntəqədə iştirak etmək üçün müxtəlif hərbi, iqtisadi müqavilələr imzalayırlar.Qafqazda fəal şəkildə iştirak edən ölkələrdən biri də Amerikadır.
Bu məqalədə ilk Qafqazın tarixini araşdıracayıq, sonra Qafqazda Amerikanın iştirakına səbəb olan amilləri, 2001-ci ilin 11 sentyabr hadisələrindən öncə və sonrakı dövrlərdə Amerikanın Qafqazdakı xarici siyasəti.
Giriş
1991-ci ildə sovet hakemiyyəti dağıldıqdan sonra yeni müstəqil olumuş ölkələr Rusiyadan uzaqlaşmaq üçün qərb yönlü siyasətlərə maraq göstərərək Amerikaya yönəldilər.
Qafqazın strateji mövqeyi və İran İslam Respublikası ilə qonşu olduğu üçün Amerika xüsusi siyasətlərin və məqsədlərin ardındadır.bu siyasətlər həm bölgədəki ölkələrin siyasətinə, həm də İranın milli əmniyyətinə təsir göstərir.
Qafqazın Tarixi
Dağlıq Qafqaz 440 km2 sahəsi var.şərqdən Xəzərin qərbinə, qərbdən Qara dəniz və Azovun şərqinə, cənubdan İranın şimal-qərbinə və Türkiyənin cənub-şərqinə, şimaldan kuma-maniç çuxuruna və oradan Rusiyanın cənunbuna məhdudlaşır.bu bölgə böyük Qafqaz sıra dağların vasitəsi ilə (Abpəxşan)iki yerə ayrılır.Şimali Qafqaz və Cənubi Qafqaz(Əmir Əhmədiyan, 1-1381:15).Cənubi Qafqaz 186 100 km2 sahə ilə üç respublikanı, Azərbaycan cənub-şərqdə və şərq, Ermənistan cənub-qərb və cənub, Gücüstan şimal-qərb və qərbində yerləşir.(Əmir Əhmədiyan, 1-1376:20)
Azərbaycan respublikası 86 600 km2 sahə ilə muxtar Dağlıq Qarabağ və Naxçıvan muxtar respublikaları, Gürcüstan respublikası 69 700km2 sahə ilə muxta respublika Abxaziya, Acariya, Cənubi Osetiya, Ermənistan respublikası 29 800km2 sahə ilə heç bir muxtar respublikası yoxdur.(musəvi, 1383: 415)
Tarix boyunca Qafqazda böyük imperatorluqlar olub və bu bölgəyə sahib olmaq üçün müxtəlif münaqişələr baş verib.bu münaqişələrin bir tərəfində İran və başqa bir tərəfində Rum, Osmanlı ya rusiya idi.Qafqaz müxtəlif tarixlərdə hətta İslam dövründən monğolların hücumuna qədər İran hakimiyyəti altında idi. 1500-ci ildə səfəvilər dövründə və ondan sonra Afşar, Zənd və Qacar dövründən İran-Rus müharibələrinə kimi Qafqaz İrana tabe idi. Qacar dövründə və Fətəlişahın hakemiyyəti dövründə, Rusiya ilə İran müharibələrində 1812 və 1828-ci ildə iki müqavilələr əsasında- Gülüstan və Türkmənistan-Qafqaz İrandan ayrıldı.və çar rusiyaya verildi.Dağıstan, Azərbaycan və Gürcüstanda Rusiyanın əleyhinə mübarizələr oldu.ancaq Rus dövləti hər-halda öz hakimiyyətini buralarda yürütdü.1917-ci ilin oktyabr inqilabından sonra 1920-ci ilin 28 aprel ayında ilk Azərbaycan və həmin ilin noyabr ayında Ermənistan, fevral ayında Gürcüstan sovet hakimiyyətinin bayrağı altında yaşadılar. Ondan sonra Qafqaz 70 il sovet hakemiyyəti altında qaldı. 1991-ci ildə sovet hakemiyyəti dağıldıqdan sonra Cənubi Qafqazda üç respublika Azərbaycan, Ermənistan və Gürcüstan müstəqil olaraq BMT-nin üzvü  oldular.(Əmir Əhmədiyan, 95-1377:6)
Qafqazda Amerikanın birincilik təşkil edən mənafelər
Amerika yeni müstəqil olmuş ölkələrə nüfuz etməkdən məqsədi birinci təbii sərvətlərə sahib olmaq və məntəqənin iqtisadiyyatında iştirak etməkdir. Buna misal Qafqazda Amerikanın ilk neft şirkətinin iştirakıdır.(Vaezi, 1383:32)
Amerika üçün birincilik təşkil edən mənafelər:
·         Dünya Strateji baxımdan
Rusiyanın boşluğunu doldurmaq və Çini mühasirəyə salmaq və İranı çətin vəziyyətə düşürmək.
·         Siyasi
Qərb, xüsusi ilə Amerika Qafqaz və Orta Asiyaya sahib olmaq istəyir.Amerika birinci  Özbəkistan, Qırqızıstan Orta Asiyada Tacikistan və Azərbaycan respublikası və Gürcüstana sahib olamaq istəyir.(Hafezi, 104-1380:7)
·         Təhlükəsizlik
    Amerikanın əsas məqsədi Qafqazdakı ölkələrlə ikitərəfli hərbi əməkdaşlıq etməkdir.
·         İqtisadiyyat
Qafqazda təbii sərvətlərin çoxluğuna görə Amerika başqa ölkələr kimi iqtisadiyyata önəm verir.
·         Geosiyasi:
Orta Asiya və Qafqaz geosiyasi baxımdan İran İslam respublikası, Əfqanistan, Çin və Rusiyaya yaxın olduğu üçün Amerikaya əhəmiyyətlidir.xatırlatmalıyam ki, 11 sentyabr hadisələrindən sonra,Amerikanın Əfqanistan və İraqa hücumundan sonra bu bölgənin əhəmiyyəti çoxaldı.
11 sentyabr hadisələrindən öncə Qafqazda Amerikanın xarici siyasəti
Bütövlükdə sovet dağıldıqdan sonra Xəzər ətrafı, Orta Asiya və Qafqazda Amerikanın xarici siyasəti 3 mərhələdən ibarətdir:
A.    1991-ci ildən 1993-cü ilə kimi
B.    1993-cü ildən 2001-ci ilə kimi
C.    2001-ci ilin 11 sentyabr hadisələrindən sonra
Birinci mərhələdə Amerikanın mühüm siyasəti İslamçılarla mübarizə etmək idi. Türkiyənin üsulunu yaymaqla, nüvə silahların texnologiyasıyasına nəzarət etməklə, təbii sərvətlərə sahib olmaq üçün malı yardımların edilməsi.
İkinci mərhələdə neft çıxarmaq üçün Amerikanın iri miqyaslı neft şirkətlərin iştirakı, silahların yayılmasına maneçilik törətmək və İrana təzyiq göstərmək.(Səccadpur, 63-1384:4)
Həmçinin Klinton dövründə iqtisadi, siyasi, mədəni və əmniyyəti məsələlər də nəzarət altındaydı.1)qərbə uyğun şəkildə demokrasının bərpası 2) bazar iqtisadiyyatını gücləndirmək və istifadəçiləri maraqlandırmaq 3) Xəzər ətrafı ölkələrlə əməkdaşlıq etmək 4) vahid beynəlxalq sistemdə əməkdaşlıq etmək (Dehqan, 309-1383:10)
2001-ci ilin 11 sentyabr hadisələrindən sonra Amerikanın xarici siyasəti
11 sentyabr hadisəsindən sonra beynəlxalq mühitdə və qanunlarda, Amerikanın xarici siyasətində dəyişikliklər oldu.11 sentyabr hadisəsindən sonra dövlət və millət və Əlqaidə kimi oyunçuların rolunu müşühidə edirik.amerikanın xarici siyasətində əski mühafizəkarlarla yeni mühafizəkarlar qarşı-qarşıya durublar.beləki əski mühafizəkarlar və ya başqa sözlə realistlərin fikrincə, dünyada birbaşa iş görməkdən vaz keçmək və müttəfiqlərdən faydalanmaqla onlara rol verməklə Amerikanın gücünü dünyaya sabitləşdirmək olar.bu qrupun fikrincə, dünyanın strukturunu millətlər təşkil edir və bir-birinə bağlıdırlar.ancaq yeni mühafizəkarların fikrincə, Amerikanın əsas müttəfiqi olan Avropa Amerikanın gücü ilə eyni deyil.onlara görə
                     I.        Geosiyasi bölgələri təhrik etməklə və Amerika gücünü artırmaqla həmin ərazilərə və təbii sərvətlərə sahib ola bilər.
                   II.        Beynəlxalq sahədə birtərəfli hərəkət etmək.
                 III.        BMT-yə məhəl qoymamaq və bu orqanı zəifləndirmək.
                  IV.        Hərbi qüvvələrin gücü ilə dünyadakı ixtilafları həll etmək.
                    V.        Hərbi müqavilələrdən “ A.B.M” və Lahədən kənarlaşmaq. (Yunisan, 12-1381:3)
Rusiya 11 sentyabr hadisələrindən faydalanaraq Amerika ilə dostluq münasibətlərini möhkəmləndirmək və Amerikanın nüfuzundan istifadə etmək istəyir.(Hafezi, 46-1382:8)
Bu arada Rusiyanın iqtisadiyyatının zəiflənməsi səbəb olub ki, 11 sentyabr hadisəsindən sonra Rusiya, Amerikanın strateji həmkarı olsun.terroristin əleyhinə Rusiya ilə Amerika arasındakı həmkarlıqlar, 7-ci qrupa üzv olmaq, soyuq müharibədən sonra BMT-nin qətnaməsinə laqeyd yanaşması, Qafqazda, Orta Asiyada Amerikanın hərbi iştirakına susması və hətta Rusiyanın Natoya birləşmə ehtimali göstərir ki, Rusiya çətin vəziyyətdən çıxmağa çalışır və Amerika ilə müttəfiq olur.(Dehqan, 310-1383:11)
Bütövlükdə demək olar ki, Amerika 11 sentyabr hadisələrindən sonra Qafqazda yeni təhlükəsizlik sistemi yaratmaq fikrindədir.əgər Amerika Qafqazda öz mənafeyini təhlükədə görsə, həmin hərbi bazalarından istifadə edəcək.(Sedqi, 82-1381:92)
Qafqazda Amerikanın mənafeyi və məqsədi
                    I.        Rusiyanın güclənməsinə maneçilik törətmək
Qafqazdakı və Orta Asiyadakı ölkələr müstəqil olduqdan sonra ABŞ onların müstəqilliyindən himayə edir.Amerika çalışır, həm Rusiyaya diqqət yetirsin, həm də Rusiyanın yenidən güclənməsinə maneçilik törətsin.əslində bu siyasət Amerikanın strateji siyasətidir.bununla əlaqədar Rusiyanın diqqətini ətraf mühitə cəlb etməklə qonşu ölkələrin mərkəzi ordusu ilə mübarizə etməyə həvəsləndirir.
                  II.        İslamçılığa qarşı çıxmaq
Sovet dağıldıqdan sonra və müstəqil olmuş ölkələrdə islamçılığın yayılması, İslami ölkələrlə, xüsusi ilə İranla əlaqə yaratmaq Amerikanın nigarançılığına səbəb olub.
Amerikanın fikrincə, İslami inqilabın təkrar edilməsi Amerikanın mənafeyinə zidddir.beləliklə Amerika ciddi şəkildə İslamçılığın yayılmasına qarşı çıxır.
                III.        İran İsam Respublikasını çətin vəziyyətə salmaq
İranda şahənşahı rejim dağıldıqdan sonra İran İslam Respublikası Amerikanın böyük düşməninə çevrildi.beləliklə Amerika İslami İnqilabın ilk günlərində İrana qarşı embarqo qoydu.Amerikanın keçmiş xarici işlər naziri, bütün ölkələri və dünya dövlətlərini 4 qrupa ayırdı:
1)    Beynəlxalq hüquqları rəayət edən ölkələr
2)    Təşkil tapmaqda olan ölkələr
3)    Üsyançı ölkələr
4)    Məğlub olunmuş ölkələr
Bu arada Amerika dövləti, İranı üçüncu qrupa, yəni üsyançı dövlətlər sırasına salıb.beləliklə İranın dağılmasına təkid edir.(Hatəmi, 123-1384:4)
Amerika dövləti İranı dağıtmaq üçün iki bölgədən, yəni Fars Körfəsindən və orta Asiyadan İranın əleyihə təbliğata başlayıb, o cümlədən İran terroristi fəaliyyətlərdə olduğunu təbliğ edir, bu ölkədə insan hüquqları tapdalanır, müxtəlif silahların alışı və ictimai-siyasi və iqtisadiyyatda uğursuz bir ölkə olduğunu iddia edirlər.bu istiqamətdə İrana qarşı embarqo qoydu.Qafqaz və məntəədəki ölkələri İran İslam respublikası ilə əməkdaşlıq etməməyə sövq edir.Amrika İranı Qafqazın iqtisadiyyatından uzaqlaşdırır.(Həmin mənbə, 125-6)
Bütövlükdə Qafqaz və Orta Asiyada Amerikanın siyasəti İranı məntəqədən uzaqlaşdırmaqdır. İran tərəfindən Qafqaza İslamın nüfuz etməsinə maneçilik törədərək Amerika qərbyönlü fikirləri yaymaq niyyətindədir.(Həmin mənbə, 126-7).
                 IV.        Xam malı  ələ keçirməklə iqtisadi mənafeyini təmin etmək
Qafqazda İqtisad və ticarət, xüsusi ilə təbii sərvətlərin mövcudluğu səbəb olub Amerika məntəqədə iştirak etsin.müstəqilliyinin ilk günlərində bu ölkələrin təbii sərvətləri az təxmin edilmişdir.ancaq təbii sərvətlərin miqdarı aydınlaşdıqdan sonra rəqabət ölkələr arasında çoxaldı, Amerika tədqiqat üçün öz şirkətlərini bu bölgəyə göndərdi.(Nurtən, 17-1379:18)
                   V.        Hərbi və Təhlükəsizlik məqsədlər
Qafqaz və Xəzər dənizində Amerikanın məqsədlərindən biri bölgəni hərbiləşdirməkdir.Amerika çalışır yeni müstəqil olmuş ölkələri qərbin təhlükəsizlik sazişinə üzv etsin.beləliklə belə əlaqələri yaratmaqla məntəqədəki böhranlara nəzarət edir.
Bu sahədə Amerikanın siyasətləri:
a.    Şərqə doğru Natonun geniş şəkildə yayılması və qərbyönlü hərbi sazişlərdən himayə etməsi
b.    Rusiyadan uzaqlaşmaq üçün yeni müstəqil olmuş ölkələrə maddi, texniki və hərbi yardımların etməsi
c.    Cənubi Qafqazdakı ölkələrlə ikitərəfli hərbi əməliyyatın keçirməsi, hərbi bazaları və Natonu Gürcüstan və Azərbaycanda yerləşdirməsi (Qafqaz ətrafı ölkələrin dəyişiklikləri, 1384:No 89, səh 3)
d.    Bölgədəki ölkələri ATƏT-ə üzv etməsi
e.    Bölgədən silahları məhv etmək(Qafqaz ətrafı ölkələrin dəyişiklikləri, No 102, səh 4)
                 VI.        Qafqazdakı ölkələrin hakemiyyətlərinə təyin təklif etməsi
Sovetin dağılması ilə müstəqil olmuş yeni ölkələrə Amerika dövləti hakemiyyətlərin növünü təyin etmək üçün iki seçim qoydu, biri Türkiyədə olduğu kimi sekuralizm və İranda İslami hakemiyyət.Amerikanın fikrincə, Türkiyənin hakemiyyət növü yeni müstəqil olmuş ölkələr üçün uyğundur.çünki Türkiyə qərbyönlü, Natoya üzv və din siyasətdən uzaq olan ölkədir və bölgədə qərb mənafeyinin müdafiəçisidir və bu da Amerikaya əhəmiyyətlidir.beləliklə İranın nüfuzuna, İslamın yayılmasına maneçilik törədir .(Rəcayi, 1379:70)
Qafqazda Amerikanın iştirakına görə İran İslam Respublikasının milli mənafeyinə olan təhlükələr
Amerika Qafqaz bölkəsində güclü dövlətlərdəndir və İranın əleyhinə mövqe tutub.siyasi, hərbi, iqtisadi sahələdə İranı təhdid edir. Qafqazda Amerikanın hərbi bazaları İranın milli mənafeyini təhlükəyə salıb. İran Amerikanın bu iştirakından, xüsusi ilə Azərbaycan respublikasındakı iştirakına görə öz nigarançılığını bəyan edib.(Zəb, 1384:464)
Buna səbəb Cənubi Qafqazdakı ölkələrin içərisində Azərbaycan respublikası Amerka ilə əməkdaşlıq etməyə can atır.və hərbi qüvvlərini Amerikanın hərbi qüvvələri kimi etməyə çalışır.hətta bu ölkə Amerika ilə bərabər ortaq əməliyyatlar etməklə İran sərhəddinə çox yaxınlaşıb.bu mövzu İranın ərazi bütövlüyünü və milli mənafeyini təhlükəyə salıb.Amerika bu siyasəti ilə İranın ətrafını, hətta Rusiyanı mühasirəyə salmaq niyyətindədir.beləliklə iki ölkənin-İran və Rusiyanın- Qafqazda iştirakına mane olub və hətta ehtimal edilir ki, iki ölkənin, xüsusi ilə İranın əleyhinə hərbi əməliyyat etsin.
Nəticə
Bütövlükdə Amerikanın məqsədi siyasi, iqtisadi və əmniyyəti baxımdan öz mövqeyini Qafqazda və Orta Asiyada möhkəmləndirməkdir.Amerika məqsədlərinə çatmaq üçün bu strategiyadan istifadə edir:
·         İqtisadi və texnologiya sahələrindən faydalanmaq.
·         Yeni müstəqil olmuş ölkələrlə Rusiya arasında yaranmış ixtilaflardan istifadə etmək.
·         Yeni müstəqil olmuş ölkələrlə ətraf ölkələr, o cümlədən İran, Çin və Yaponya  arasında ixtilaf yaratmaq.
·         Ortaq tarix və milliyətlərdən(Türkiyə) faydalanmaq.
·         Öz müttəfiqlərinin mənafelərindən, fəaliyyətlərindən himayə etmək, o cümlədən İsrail, Türkiyə, Özbəkistan
·         2001-ci ilin 11 sentyabr hadisəsindən faydalanaraq hərbi iştirakını genişləndirmək.
·         İqtisadi, mədəni orqanlarda birbaşa iştirak etməklə onları formalaşdırmaq.
Amerika həm öz mənafeyini qorumağa çalışır, həm də israil və müttəfiqlərinə olan təhdidlərin qarşısında dayanmaq istəyir.Amerika-İran İslam Respublikası olduğu üçün İslam dinin yayılmasında böyük rolu var, həm də rəqibi olan Rusiya-İran və Rusiyanın təhlükəli olduğunu düşünür.
  • Yazılıb
  • da (də) 2009 Nov 20