Müasir dünyada İran xalqının yolu öz əksini tapıb. Bu da ölkənin vətəndaşlarının fədakarlığı və səylərinin məhsuludur
İİR Servisi/Aran Agentliyi
Müasir dünyada İran xalqının yolu öz əksini tapıb. Bu da ölkənin vətəndaşlarının fədakarlığı və səylərinin məhsuludur. Cümə axşamı günü noyabrın 19-da Şərqi Azərbaycan vilayətində şəhid ailələri ilə görüşdə bu məqama toxunan İİR-in prezidenti Mahmud Əhmədinejad deyib: Hazırda İranın şərq və qərb qonşuları atəş böhranında yanırlar. Ancaq İran bu odun içində bir gülüstan kimi yaşayır.
Əhmədinejadın sözlərinə görə, İran xalqı şərəf və iqtidar bayrağı ucaldaraq bu yola davam edəcək.
Əhmədinejadın fikrincə fitnəkarlıq və sanksiyaların tətbiqi yolu ilə İran xalqının qarşısını almaq barədə düşünənlər səhvə yol verirlər. Zira onların özləri devrilmək ərəfəsindədirlər. İran prezidenti xatırladıb: Hazırda şəhidlərin ailə üzvləri və böyük İran xalqının ötən 30 il ilə müqayisədə İslam İnqilabının amalları ilə bağlı əzmkarlığı, həmçinin fədakarlıq və iradəsi daha möhkəmdir və bu istiqamətdə öz mövqeyindən bir addım belə geri çəkilməyəcək.