Tarix : 2009 Nov 21
Kod 14963

Dünya ictimaiyyəti Yəməndəki soyqırımı dayandırmalıdır

Namaz iştirakçılarını iman və təqvaya dəvət edən Tehranın imam cüməsi Amerika ilə əlaqələrin qurulmasının qürur verici olmadığını bildirib
İİR Servisi/Aran Agentliyi
Islam-Azeri.az internet qəzetinin İran mətbuatına istinadən verdiyi xəbərə görə dünən Tehrandakı Cümə namazının İmamlığını və xətibliyini Höccətülislam Kazim Siddiqi icra edib.
Namaz iştirakçılarını iman və təqvaya dəvət edən Tehranın imam cüməsi Amerika ilə əlaqələrin qurulmasının qürur verici olmadığını bildirib.
ABŞ-ın İrana qarşı sanksiyalarına işarə edən Höccətülislam Siddiqi Amerikanın İranla əlaqələri yaxşılaşdırmaq üçün addım atmadığı kimi İranda əvvəlki mövqeyini dəyişməyəcəyini önə çəkib.
Bu sanksiyaların müddətinin Obama tərəfindən uzadıldığını da diqqətə çəkən Tehranın İmam Cüməsi "Obama İran xalqına düşmən olduğu üçün sanksiya tətbiq olunmasını təkrarladı. Amerika rəhbərliyi Çin hökümətinə İrana sərmayə qoyulmaması üçün və bu sanksiyaları qüvvədə saxlanılması üçün təzyiq etdi lakin həmd olsun Allaha ki, bunu bacara bilmədilər"deyib.
İrana təhdid və hədələrin keçməyəcəyini bildirən Höccətülislam Kazim Siddiqi "İran xalqı hegemonluq müqabilində geri addım atmayacağı kimi təhdidlərə də təslim olmayacaq"-deyib.
Siddiqi sözlərinə belə davam edib: "Yəməndəki hadisələr hər bir insan qəlbini narahat etməkdədir. Səudiyyənin raketləri mülkü vətəndaşları hədəfə alaraq evlərini dağıdır, kütləvi insanlar həyatını itirib. Yəmən höküməti isə insaniyyət prinsiplərinə zidd olaraq öz ərazisində bu cür soyqırım törədilməsinə imkan yaradır".
ABŞ və İsrailin Səddamı dəstəklədiyi kimi bu gündə Yəmən prezidenti Abdulla Salehi dəstəklədiyini önə çəkən Tehranın İmam Cüməsi Beynəlxalq təşkilatlardan və ayrıca olaraq İslam Konfransı Təşkilatından bu soyqırıma reaksiya verməsini istəyib.
  • Yazılıb
  • da (də) 2009 Nov 21