Aksiyada etirazçılar Səudiyyə rejimin soyqırım siyasətini pisləmiş, insaniyyətin məhvinə yönəlmiş bu addımları sərt şəkildə qınadıqlarını bildirmişdir
Türkiyə Servisi/Aran Agentliyi
İslam-Azeri.az internet qəzetinin Türkiyədəki müxbirinin verdiyi xəbərə görə Səudiyyə rejimin Yəməndə törətdiyi soyqırım siyasətinə Türkiyədə etirazlar böyüyür.
Belə ki, bu gün Konyada "Konya İnanc Azadlıqları Platforması" etiraz aksiyası keçirib.
Aksiyada etirazçılar Səudiyyə rejimin soyqırım siyasətini pisləmiş, insaniyyətin məhvinə yönəlmiş bu addımları sərt şəkildə qınadıqlarını bildirmişdir.
Həmçinin müxbirimizə çatan məlumata görə bununla bağlı bir neçə etiraz aksiyası da planlaşdırılır.
Bazar ertəsi günü İLKAV adlı təşkilat Yəmən səfirliyi qarşısında, çərşənbə günü isə Mzlumder Səudiyyə rejimin səfirliyi qarşısında aksiya keçirməyi planlaşdırır.