Tarix : 2009 Nov 22
Kod 14990

Azərbaycan paytaxtında atışma olub

Bakıda silahlı unsident baş verib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib
Azərbaycan Servisi/Aran Agentliyi
Bakıda silahlı unsident baş verib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hadisə gecə saat 01.30 radələrində Yasamal rayonu, Abdulla Şaiq küçəsində baş verib. Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Nurməmmədov güllə yarası ilə xəstəxanaya gətirilib. Aldığı xəsarət ağır olduğundan onun həyatınıə xilas etmək mümkün olmayıb.

Hazırda hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsədən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
  • Yazılıb
  • da (də) 2009 Nov 22