Dünyanın müxtəlif guşələrindən milyonlarla zəvvar isə Səudiyyə Ərəbistanına, müqəddəs məkanları ziyarətə üz tutub
Azərbaycan Servisi/Aran Agentliyi
Yəməndəki qətliamlarla bağlı “Milli Mənəvi Dəyərlər İctimai Birliyi”-nin təsisçiləri və idarə heyəti toplantı keçirib. Toplantıda Səudiyyə ordusunun yəmənlilərə qarşı həyata keçirdiyi soyqırım siyasəti pislənib.
Yekun olaraq bəyanat verilib.
Bəyanatın mətn belədir: “Bu günlərdə bütün müsəlmanlar İslam aləminin ən böyük bayramlarından birini - Qurban bayramını qeyd etməyə hazırlaşır. Dünyanın müxtəlif guşələrindən milyonlarla zəvvar isə Səudiyyə Ərəbistanına, müqəddəs məkanları ziyarətə üz tutub. Lakin bayram əhval-ruhiyyəsinə Məkkə, Mədinə və Minanın yaxınlığında baş verən faciəylə böyük kölgə salındı. Bu müqəddəs yerləri ərazisində cəmləyən Səudiyyə Ərəbistanı Krallığı dövləti qonşu Yəməndə apardığı hərbi əməliyyatlarla İslam əqidəsinə və fəlsəfəsinə zidd olan hadisələrə imza atdı. Onlarla günahsız uşaq, qadın, qoca müasir raketlərin və bombaların qurbanına çevrilir. Cinayətkar Yəmən iqtidarı ilə əlbir olan səudiyyəlilərin bu siyasəti isə dünya ictimai tərəfindən biganəliklə qarşılanır.
«Milli-Mənəvi Dəyərlər» İctimai Birliyi Yəmən-Səudiyyə Ərəbistanı Krallığı dövləti sərhədlərində yəmənli müsəlmanlara qarşı qətliamı pisləyir, həm Yəmən, həm də Səudiyyə Ərəbistanı rəhbəbrliyini müqəddəs bayram ərəfəsində günahsız insanların qətlinə son qoymağa çağırır.”
Islam-Azeri.az