Tarix : 2009 Nov 24
Kod 15038

BAKIDA AVTOBUS TANKLA TOQQUŞDU

Xeyli sayda yaralı var
Azərbaycan Servisi/Aran Agentliyi
Bakıda sərnişin avtobusu tankla toqquşub. Bu barədə APA-ya Respublika Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Hadisə dünən axşam saatlarında Bakı-Şamaxı yolunun 28-ci kilometrliyində, Pirəküşkül qəsəbəsi ərazisində baş verib. Bakıdan Qobustan istiqamətində hərəkət edən 10 BJ 993 dövlət nömrə nişanlı sərnişin avtobusu hərbi hissənin yaxınlığında tankla toqquşub.
İlkin məlumata görə, qəza nəticəsində avtobusda olan sərnişinlərdən bir neçə nəfər xəsarət alıb.
Hazırda hadisə yerində Respublika Baş Dövlət Yol Polis İdarəsinin və Hərbi Prokurorluğun əməkdaşları araşdırma aparırlar.
  • Yazılıb
  • da (də) 2009 Nov 24