Tarix : 2009 Nov 25
Kod 15039

İran Hərbi Hava Qüvvələrinin yeni sınağı

"Cabbar 9" adlı "tüstü pərdəsi sistemi" 80 dəqiqə ərzində istənilən obyekti müdafiə edir
İİR Servisi/Aran Agentliyi

İran Hərbi Hava Qüvvələri daxili mütəxəssislərin istehsal etdiyi ilk "tüstü pərdəsi sistemini" sınaqdan keçirib. Məlumatı ISNA xəbər agentliyi yayıb.

Hərbi Hava Qüvvələri ölkə daxilində istehsal olunan ilk "Cabbar 9" adlı "tüstü pərdəsi sistemi"ni "Modafeane Asemane Vilayet 2" hərbi təlimlərində sınaqdan keçirib. "Tüstü pərdəsi sistemi" İranın nüvə obyektlərinin maskalanması və uzaq məsafəli raketlərin hədəfi dəqiqvurma qabiliyyətinə maneçilik törətmək məqsədi ilə sınaqdan keçirilib. Sınaq zamanı "Cabbar 9" tüstü pərdəsi 80 dəqiqə ərzində təyin olunmuş hədəflərin səmasını tüstü ilə maskalaya bilib.

"Modafeane Asemane Vilayet 2" ("Vilayət səması müdafiəçiləri 2") hərbi təlimləri İran Silahlı Qüvvələri və İran İslam İnqilabı Keşikçilər korpusu "Sepah"la birgə bazar günü başlayıb.

  • Yazılıb
  • da (də) 2009 Nov 25