Tarix : 2009 Nov 25
Kod 15040

Yaponiya Rusiyanı işğalçı dövlət elan edib

"Rusiya Federasiyası qanunsuz olaraq dörd şimal adasının işğalını davam etdirir"
Rusıya Servisi/Aran Agentliyi

Yaponiya hökuməti Rusiyanı rəsmən işğalçı dövlət kimi tanıyıb. Hökumət Cənubi Kurilin Rusiya Federasiyası tərəfindən qanunsuz işğal edildiyini təsdiqləyən sənəd qəbul edib. Bununla da sənədin qəbulu ilə bağlı dörd gün davam edən müzakirələr son qoyulub. Sənəddə bildirilir ki, “Rusiya Federasiyası qanunsuz olaraq dörd şimal adasının işğalını davam etdirir. Bu situasiyada vətəndaşlarımızın bu adalara getməsi və adaların mənimsənilməsində iştirakı Rusiyanın ərazi iddiaları səbəbindən mümkün olmur. Rusiyanın bu mövqeyi bizim şimal ərazilərinə dair mövqelərimizlə üst-üstə düşmür və bu vəziyyətdə bir dəyişiklik yoxdur”. Sənəddə bildirilir ki, Tokio yaponların Cənubi Kuril adalarına səfərinə mövcud “vizasız mübadilə” formatında, əsasən məzarları ziyarət etmək və qohumlara baş çəkmək üçün icazə verir.

Qeyd edək ki, Kuril adaları İkinci Dünya Müharibəsindən sonra SSRİ-nin nəzarətinə keçib. Yaponiya dörd adaya qarşı iddiasını davam etdirir, iki ölkə arasında 1956-cı ildə müharibənin başa çatması haqqında bəyannamə imzalansa da, hələ də sülh sazişi imzalanmayıb.

  • Yazılıb
  • da (də) 2009 Nov 25