Aksiyada Məzlumderin baş katibi Əhməd Faruq Ünsal, "Babi Əli" adlı Əhlibeyt cəmiyyətinin sədri Kadim Topbaş və İsra Mədəniyyət Mərkəzinin sədri Nürəddin Şirin çıxış edib
Türkiyə Servisi/Aran Agentliyi
İslam-Azeri.az internet qəzetinin Türkiyə müxbirinin verdiyi xəbərə görə Səudiyyənin Yəməndə davam etdirdiyini soyqırım siyasətinə Türkiyədə etirazlar davam edir.
Bu gün "Babi Əli" adlı Əhlibeyt cəmiyyəti, Əqsa Mədəniyyət Mərkəzi və Məzlumder təşkilatı Səudiyyə Ərəbistanının Ankaradakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.
Aksiyada Məzlumderin baş katibi Əhməd Faruq Ünsal, "Babi Əli" adlı Əhlibeyt cəmiyyətinin sədri Kadim Topbaş və İsra Mədəniyyət Mərkəzinin sədri Nürəddin Şirin çıxış edib.
Tədbirin sonunda mətbuata bəyənat təqdim edilib.
Etirazçılar müxtəlif şüarlar səsləndirmiş, həmçinin əllərində "Səud Amerika Krallığı", "Körpə qatilləri mühakimə edilsin", "Xainləri unutmayacağıq" və s. plokatlar tutmuşdular.
İslam-Azeri.az