Tarix : 2009 Nov 25
Kod 15046

Novruz bayramı beynəlxalq səviyyədə qeyd oluna bilər

“Beynəlxalq Novruz günü” fərmanı təsdiqlənmək üçün BMT Ümumi Qurultayına təqdim edilib
İİR Servisi/Aran Agentliyi
“Beynəlxalq Novruz günü” fərmanı təsdiqlənmək üçün BMT Ümumi Qurultayına təqdim edilib.
İsra.Az-ın Farsnyusa istinadlı xəbərinə görə, İran, Əfqanıstan, Azərbaycan Respublikası və Tacikistanın BMT-dəki nümayəndələri arasında görülən şərikli işin nəticəsində, ümumi qurultaya təqdim etmək üçün beynəlxalq Novruz günü fərman qərarnaməsinin hazırlandığı bildirildi.
17 ön maddə və 6 icra maddəsindən ibarət olan fərmanın təşəbbüslük edən ölkələr tərəfindən imzalandığı, bundan sonra BMT-yə üzv digər ölkələrin dəstəyini almaq üçün fərmanı imzalamağa dəvət ediləcəyi bildirildi.
Qərarnamənin ön maddələrində Novruz bayramının mədəni vəhdət simvolu olaraq son üç min ildən bəri dünyanın böyük bir coğrafi bölgəsində, Yaxın Şərqdən Orta Asiya və Qafqazda, Qaradənizdən Balkanlara qədər bir çox bölgədə qeyd olunduğu vurğulandı.
Qeyd edək ki, fərmanın təsdiqlənərsə dünyada ilk dəfə Novruz bayramının beynəlxalq bir bayram olaraq BMT tərəfindən tanınmış olacaq.
  • Yazılıb
  • da (də) 2009 Nov 25