Maraqlı olan budur ki, dairəvi yolun çəkilməsi zolağına düşən AST Telmanın, İskəndər Xəlilovun bağını kompensasiya verməkdən qorxduğu üçün sökməyən nazirlik Allah evi olan məscidi sökməkdən qorxmur
Azərbaycan Servisi/Aran Agentliyi
Bakı dairəvi yolunun çəkilişilə bağlı Nardaran ərazisində təqribən iki il öncə tikilmiş məscidin sökülə bilməsi Nardaran sakinlərində narazılıq yaradıb. Bu barədə Turana Bakı və Bakı Kəndlərinin Hüquqularını Müdafiə Komitəsinin (BBKHMK) sədri Rasim Əlizadə bildirib.
Onun sözlərinə görə, dənizə yaxın dəmiryolunun arxasında tikilən bu məscid yolun çəkilməsi layihəsinə düşməyə də bilərdi.
“Yolu çəkən Nəqliyyat Nazirliyi yol çəlkilişilə bağlı əhaliyə məxsus evlər söküləcəyi halda kompensasiya verməmək üçün yolu baxışlarına görə 20-25 metr sağa-sola çəkməklə, bundan qaçır. Maraqlı olan budur ki, yolun çəkilməsi zolağına düşən AST Telmanın, İskəndər Xəlilovun bağını kompensasiya verməkdən qorxduğu üçün sökməyən nazirlik Allah evi olan məscidi sökməkdən qorxmur”, - deyə R.Əlizadə qeyd edib.
R.Əlizadə bu addımın dövlət marağına yox, məmurların maraqlarına hesablandığını deyib və buna görə də Nardaran sakinlərinin narazılığının haqlı olduğu qənaətini ifadə edib. Nardaran sakinlərinin dinə həssas olduğunu deyən R.Əlizadə maraqlı qüvvələrin məscidin sökülməsini plana salmaqla hakimiyyətlə sakinlər arasında qarşıdurma yaratmağa xidmət etdiyini vurğulayıb. “Bu təxribatdır, Nardaran sakinlərini hakimiyyətə qarşı narazı olan toplum kimi tanıtmaq cəhdidir və bu məsələnin bələdiyyə seçkiləri ərəfəsində qızışdırılması heç də təsadüfi deyil”, - deyə R.Əlizadə fikrini bildirib.