Tarix : 2009 Nov 30
Kod 15101

Qafqaz və məntəqə xəbərlərindən

Məntəqədə bu gün nələr olub
Qafqaz Servisi/Aran Agentliyi
Ermənistan:
İşğalçı Ermənistan, qarabağa dair hər cür hücumla bağlı Azərbaycan hökümətinə xəbərdarlıq edib.
Türkiyə:
PKK terrorçularının, Türkiyənin cənubunda keçirdikləri əməliyyat nəticəsində 16 yaşlı yeniyetmə yaralanıb.
Türkiyə prezidenti sabah İordaniyaya səfər edəcək.
Türkiyə xarici işlər naziri: İranla Türkiyə dostluğu uzaq keçmişlərdən gəlir.
Türkiyə baş naziri gələn həftə Vaşınqtona səfər edəcək.
Türkiyə xarici işlər naziri: Azərbaycanın ərazi bütövlüyü, Türkiyənin ərazi bütövlüyü kimi müqəddəsdir.

Rusiya:
Dağıstanın “Məhərrəmkənd” rayonunun icra başçısı terror edilib.
Rusiya prezidenti, Türkmənistan prezidenti ilə görüşdə, iki ölkə arsaında hərbi və iqtisadi əlaqələrin daha da genişlənməsini istəyib.

  • Yazılıb
  • da (də) 2009 Nov 30