İran İslam İnqilabının Ali Dini Rəhbəri Ayətullah Seyyid Əli Xamenei bu gün noyabrın 30-da "Həzrəti Yusif Peyğəmbər" serialının aktyorlar və çəkiliş heyətini qəbul edib
İİR Servisi/Aran Agentliyi
İslam-Azeri.az internet qəzetinin Azeri.İrib.İr saytına istinadən verdiyi xəbərə görə İran İslam İnqilabının Ali Dini Rəhbəri Ayətullah Seyyid Əli Xamenei bu gün noyabrın 30-da "Həzrəti Yusif Peyğəmbər" serialının aktyorlar və çəkiliş heyətini qəbul edib.
Qəbulu zamanı bəzi mətləblərə toxunan Ayətullah Xamenei qərb ölkələrinin filmlərdən öz çirkin niyyətlərində istifadə etdiklərini bildirərək: " Hollivudda əksər kino müəssisələri mütəşəkkil orqanların siyasi iradəsinin təzahürüdür. Filmlərin arxasında Amerikanın dövlət siyasətləri dayanır və hətta bəzi hallarda daha təhlükəli siyasətləri axtarıb tapmaq olar"-deyib.
Bu vasitədən İranda maksimal istifadə olunmasını vacib sayan İran İslam Respublikasının rəhbəri: "İranın deməyə çoxlu sözü və yeni ideyaları var. Bunları ifadə etmək üçün sənətkar və təsiredici metodlardan faydalanmaq lazımdır. Demokratiya İranda artıq reallaşıb və tamaşa üsulları və ya sənətkarlıq yolu ilə bu misilsiz gerçəkliyi dünyada yaymaq olar"-deyərək Ayətullah Xamenei Həzrət Yusif teleserialında düzgün sənətkarlıq metodundan istifadə olunmasını bu teleserialın bariz xüsusiyyəti adlandırıb.
Sözlərinin sonunda bu serialın təkcə İranda deyil bir çox ölkələrdə böyük maraq göstərildiyini də xatırladan İslam İnqilabının rəhbəri sözlərini bu cür bitirib: "Müasir sənət və kino dünyasında tamaşaçını cəzb etmək üçün cinsi cazibələr kimi vasitələrdən istifadə olunur. Lakin İranla yanaşı digər ölkələrdə auditoriya tərəfindən rəğbətlə qarşılanan bu serial ismət və paklıq üzərində qurulubdur".