Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ABŞ prezidenti Barak Obamanın milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Cim Cones və Əfqanıstan-Pakistan üzrə xüsusi ...
Türkiyə Servisi/Aran Agentliyi
“Yeni Şərq”in verdiyi məlumata əsasən, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ABŞ prezidenti Barak Obamanın milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Cim Cones və Əfqanıstan-Pakistan üzrə xüsusi nümayəndəsi Riçard Holburkla telefon danışığı aparıb. Danışıqların əsas müzakirə obyektinin İran olduğu bildirilir. Türkiyəli xarici işlər naziri İrana etdiyi son səfəri barədə də məlumat verib.
Telefon söhbəti zamanı həmçinin dekabrın 3-4-də Brüsseldə keçiriləcək NATO xarici işlər nazirlərinin toplantısı, Əfqanıstan və Bosniya və Hersoqovina ilə əlaqədar məsələlər müzakirə edilib.
“Yeni Şərq”