Ermənistan prezidenti Serj Sarkisyan "Respublika" Partiyasının 12-ci qurultayında bildirib ki, Ermənistan qondarma Dağlıq Qarabağ Respublikasına hər hansı bir müdaxiləyə icazə verməz
Ermənistan Servisi/Aran Agentliyi
Ermənistan prezidenti Serj Sarkisyan "Respublika" Partiyasının 12-ci qurultayında bildirib ki, Ermənistan qondarma Dağlıq Qarabağ Respublikasına hər hansı bir müdaxiləyə icazə verməz.
Onun sözlərinə görə, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar aparmaqla, yəni sülh yolu ilə həllinin tərəfdarıdır.
“Ermənistan Dağlıq Qarabağa hər hansı bir müdaxilənin edilməsinə icazə verməyəcək və istənilən müdaxiləyə ən sərt üsullarla cavab verməyə hazırdır. Ermənistan "Respublika" Partiyasının və prezidentin proqramlarında qeyd olunan Dağlıq Qarabağın nizamlanmasına dair prinsiplərə sadiq qalacaq. Bu mühüm prinsiplər bizim əsas bələdçimiz olub və belə də qalacaq”, - deyə Ermənistan prezidenti bildirib.
Serj Sarkisyan vurğulayıb ki, münaqişənin tənzimlənməsinin olduqca mürəkkəb proses olduğu hamıya yaxşı məlumdur və məsələnin tam şəkildə öz həllini tapması üçün illər tələb olunur. O, Dağlıq Qarabağın nizamlanması prosesinin hazırkı mərhələsinin yaxın vaxtlarda münaqişənin məntiqi həllinə gətirib çıxaracağına ümid etdiyini bildirib.