Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanat çərşənbə axşamı Afinada ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının 17-ci iclası çərçivəsində qəbul edilib
  Azərbaycan Servisi/Aran Agentliyi
“Yeni Şərq”in verdiyi məlumata əsasən, Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanat çərşənbə axşamı Afinada ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının 17-ci iclası çərçivəsində qəbul edilib.
    Bəyanat Azərbaycan və Ermənistanın xarici işlər nazirləri, həmçinin Fransa, Rusiya XİN rəhbərlərinin və ABŞ-ın dövlət katibi müavininin görüşünün yekunu üzrə qəbul edilib.
    Bəyanatda nizamlanmanın baza prinsiplərinin razılaşdırılması üzrə Azərbaycan və Ermənistan rəhbərliklərinin səylərinə dəstək göstərilməsi ifadə edilir.
 “Yeni Şərq”