Tarix : 2009 Dec 02
Kod 15136

İranı təcrid etmək mümkün deyil

İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad Maqatenin İran xalqını nüvə fəaliyyətlərinə görə təcrid edə bilməyəcəyini bildirib
İİR Servisi/Aran Agentliyi
İslam-Azeri.az İnternet Qəzetinin Iran KİV-inə istinadən verdiyi xəbərə görə, İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad Maqatenin İran xalqını nüvə fəaliyyətlərinə görə təcrid edə bilməyəcəyini bildirib.

Əhmədinejad həmçinin Rusiyanın Maqatenin İranla bağlı verdiyi qətnaməyə dəstək verməsini də sərt tənqid edib.

Əhmədinejat çıxışına belə davam edib: “Mən düşünürəm ki, Maqate ilə hal hazırda heç bir şeyi müzakirə etməyə ehtiyac yoxdur. İstəyərik ki, digər ölkələrdə bizim mövqeyimizi dəstəkləsinlər. Rusiya bizim əleyhimizə olan ölkələrin sırasına keçməklə böyük səhv etdi”.

Nəzərinizə çatdıraq ki, Mahmud Əhmədinejad 29 noyabrda Maqatenin Qərbin təzyiqi ilə İrana qarşı qətnamə verməsinə sərt reaksiya verərək İranın 10 nüvə zavudu təsis edəcəyini bildirmişdi.

Qeyd edək ki, bir müddət əvvəl Məhəmməd Əl Baradeyi Maqatedəki rəhbərlik müddəti sona çatıb, onun yerinə isə yaponiyalı Yukiya Amanon təşkilatın yeni baş direktoru seçilib.
 
  • Yazılıb
  • da (də) 2009 Dec 02