Azərbaycanda əsirlikdə olan beş erməninin hamısı üçüncü ölkəyə getmək üçün müraciət edib
Ermənistan Servisi/Aran Agentliyi
Azərbaycanda əsirlikdə olan beş erməninin hamısı üçüncü ölkəyə getmək üçün müraciət edib.
APA-nın məlumatına görə, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov bildirib: “Bu şəxslər yazılı formada müraciət ediblər. Həmin məktublar müvafiq xarici qurumlardadır. Biz onların surətlərini görmüşük”.
Ş. Sayılov deyib ki, Ermənistanda əsirlikdə olan azərbaycanlılar da eyni qaydada müraciət ediblər: “Təbii ki, bu müraciətlər təzyiq altında yazılıb”.