Tarix : 2009 Dec 02
Kod 15140

Bakıda polis zabiti polisi amansızlıqla qətlə yetirdi

Hadisə ailə münaqişəsi zəminində baş verib
Azərbaycan Servisi/Aran Agentliyi

Bakı şəhərində polis zabiti öz həmkarını qətlə yetirib. Nəsimi rayon Prokurorluğundan anspress-ə verilən məlumata görə, hadisə dekabrın 1-də saat 22.00 radələrində Nəsimi rayonu, Dilarə Əliyeva 251/a, mənzil 91-də ünvanında baş verib. Mayor rütbəsini daşıyan 29 yaşlı Zaur Əliyev ailə münaqişəsi zəminində polis çavuşu, 30 yaşlı Tural Qafarovu boğaz nahiyəsindən bir neçə bıçaq zərbəsi vurub. Zaur Əliyev Turala bir neçə bıçaq zərbəsi vurub. Z.Əliyev şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Anspress-in əldə etdiyi məlumata görə, Səbail Rayon Polis İdarəsinin əməkdaşı olan Zaur Əliyevin bacısı qətlə yetirilən Tural Qafarovun həyat yoldaşı imiş. Noyabrın 20-də T.Qafarov Z.Əliyevin bacısını boşayıb və münaqişəyə səbəb də elə bu hadisə olub.

  • Yazılıb
  • da (də) 2009 Dec 02