Tarix : 2009 Dec 03
Kod 15141

bütöv İran mənim yurdumdur

.
İİR Servisi/Aran Agentliyi
İran Tarixi üzrə tədqiqatçı və yazıçı, Xosrov Mötəzedlə müsahibə: bütöv İran mənim yurdumdur.
Aran agentliyi/ İran bölməsi
Müsahibəmiz Azərbaycan haqqında olduğu üçün icazə verin müsahibəni acı bir xatirə ilə başlayım, Gülüstandan
Bütün bu ərazilər(Bakı, Gəncə, Naxcıvan və ...) Gülüstan müqaviləsi imzalanmadan öncə İran ərazisinə aid idi.bu bir həqiqətdir və həmin ərazilər İranın şimal-qərb bölgəsinə aid idi. Şah sultan Hüseyn Fransaya səfir göndərdiyi zaman İrəvanın valisi, Mohəmmədrza Bəy Kələntərini səfir göndərdi.yəni ölkə o qədər öyük idi ki, İrəvandan Fransaya səfir göndərilirdi.yuxarılara gedikcə Dərbəndə çatırıq.Dərbənd İranla Xəzərlər arasında bir sərhəd idi. Virkaniyə dənizinin şimal-qərb hissəsi, Fəraxgər ya Qorqan dənizi- əski adı Kərkanisdir- idi.ora Xəzərlərin şimal-qərbi idi.
Xəzərlər, Bulğarlar da var idi, hətta siz Nizaminin şeirlərində Rus mənşəli sözləri də görə bilərsiniz.bu ərzilərin hamısı İrana aid idi. Şah Abbas müharibə etdiyi zaman bir sıra komandanları bu ərazilərdə idi. Ya Nadir şah, ya da Nadir şahın qardaşı üsyanları yatırmaq üçün Dağıstana gedirdi.bu bölgələr İrana tabe idi.
Nadir şahdan sonra yenə üsyanlar başlandı.Gürcüstan müstəqillik iddiası etdi və bununla da ruslar bölgəyə daxil oldular.rusların Gürcüstana daxil olması ən böyük səhv idi.
Biz gürcülərlə qohum idik.şah Abbas dövründə İrana tabe idi.şah Abbasdan sonra səfəvilərin bütün mələkələri gürcü idi, yəni gürcü şahzadələr Səfəvi şahlarının anaları idi.şah Səfəvinin anası, II şah Abbasın anası Gürcü idi.
Qafqazda belə idi.Qafqazın adı nə Azərbaycan, nə də başqa ad idi.məktublarda yazılırdı: Şamaxı, Naxçıvan, İrəvan və .... bunların hamısı xanlıq idi.
II katrin dövründə müharibə başlandı.canışını müharibə fikrində deyildi.ancaq Aleksandr,  İranın böhranı vəziyyətinə görə İrana hücüm etdi.
Gülüstan müqaviləsi on il müharibədən sonra imzalandı.İranın məğlub olmasına çoxlu səbəb var.onlardan biri İran əhalisinin az olması idi.4 milyon 500 min nəfər idi.Gülüstan müqaviləsi zorla bizə qəbul etdirildi və 15 əyalət İrandan ayrıldı.Türkmənçay müqaviləsi 1828-ci ildə imzalanaraq başqa iki əyalət İrandan ayrıldı.
Abbas Mirzənin rolu nə idi?Abbas Mirzə döyşkən şəxs idi, ancaq müqavilələrdə Abbas Mirzənin vəliəhd olmasına təkid edilmişdir, niyə?
Buna görə ki düşmənə hörmət edirlər.Abbas Mirzə qadınların və uşaqların sırğa və bilərziklərini alırdı və ruslara verirdi və rusların 10 qruşunu təmin etməklə onlar da Xoyu azad edəcəklər.hətta öz qadınının qızıllarından belə vaz keçir.bu adam o qədər igid idi ki ruslar ona hörmət edirdi.
Abbas Mirzənin güclü ordusu yox idi.İngilis və Fransa komandanları İranı yarı yolda qoyurdular.Abbas Mirzə igidcəsinə döyüşdü.Aslanduz müharibəsində yalnız qalmmışdı.oğlu yazır: elə gündə gəlib çatdım ki, nahar üçün yemək tapmadım.Abbas Mirzənin Təbrizdə qızıldan heykəli düzədilməlidir, çünki o, Təbrizi azad etdi.
Araz dəfələrlə rusların hücumuna şahid olub, Gülüstan və Tükmənçay müqavilələri və 1320(1941)-ci ildə İranın işağlı.
Ruslar 1310(1931)dan 1320(1941)-ci illərə kimi Təbrizə daxil oldular.1918-ci ildə Bakıda yaranan hakimiyyət İranı çox sevirdi.Ziyad Xanov(Cavad Xan Ziyad oğlu ailəsinən, Gəncənin İranlı xanı, ruslarla müharibə etdi və şəhid oldu)Tehrana gəldi və İrana tabe olmaq istədi.
Seyid Həsən Təqizadə yazır: -biz Bakıya çatdığımız zaman bir neçə yaşlı adam ağac əkirdi.onlara dedik:-yaşlı olduğunuz üçün bu ağacların bar verdiyini görə bilməyəcəksiniz,niyə bu cavan ağacları əkirsiniz?-cavan ağacların bar verməsini istəyirik və bir gün çatsın ki, İran hakimiyyəti bizdən vergi istəsin və...
Niyə belə düşünürsünüz?- İranı çox sevirik və kafirlərlə yaşamaq istəməyirik.Ziyadxan hakimiyyəti Tehrana nümayəndə göndərdi.və İrana tabe olmaq istədilər.Vüsuqdövlə bu təklifi qəbul etmədi.
Sonralar bu bölgənin adını “Azərbaycan”qoydular.Şeyx Məhəmməd Xiyabani deyir:-indiki siz bizim adımızı qoydunuz, biz də adımızı “Azadıstan”qoyuruq.Xiyabani vətənpərvər şəxs idi.
Həmin dövrdə “Cəngəl”adlı qəzetədə mübahisələr yaranır və Mələkülşüəra Bahar, bu haqda məqalələr yazır.
1921-ci ildən etibarən İran dövləti təşviş içərisində idi.çoxlu partiyalar yarandı.1931-ci ildə İrana hücum başlandı.1933-cü ildə yenidən İrana hücum etdilər və bu müharibələri İran və Rusiyanın məhəlli savaşı adlandırdılar.
1939-cu ildə Rusiya Almaniya ilə müttəfiq olduğu zaman İrana hücum etdi. Azərbaycan sərhəddində ordusunu yerləşdirdi.Almaniyanın Təbrizdə konsulu olduğu üçün sərhədə nümayəndə göndərib oradan məlumatlar toplaydı.İran dövlətinin xəbəri olmadan İngilis uçaqları Bakıdan şəkil çəkirdilər.o zaman Sovet hakimiyyəti Almaniyanın müttəfiqi idi.Fransa və İngilis İrandan Sovetə hücum etmək istəyirdi.1941-ci ildə İrana hücum başlandı. Təbrizdə ordu yox idi.İran sərhəddində 168 min nəfər əsgər yerləşdirildi.bir neçə gündən sonra Urmiyanı işğal etdilər.şəhəri qarət etdilər.
Atam orduda işləyirdi və Ənəzlidəydi.o deyirdi:- Ənzəli müqavimət göstərmədən ruslar şəhərə daxil olurdu onlar 137 nəfəri öldürdülər.Rza şah müharibəni zəif idarə edirdi. İngiltərənin səfiri deyir:-İran ordusunun yeməyi və suyu yox idi.
Hər şey neftdən başlandı.sovet neft istəyirdi.müharibədən sonra İran 17 milyon ton neft verdi.
Son söz
Azəraycan xalqı həmişə İranın ərazi bütövlüyünü qoruyub.(rusların və osmanlıların hücumu zamanı Azərbaycan öndəydi.və İrandan müdafiə edirdi.)Azərbaycan müqəddəs atəşin mərkəzidir.əsil iranlılar Azərbaycanlılardır.ölkəmizin başçıları azərbaycanlıdır.baş ucalığımız İrana görədir.1
1.    ویژه نامه ارس / شماره 8
  • Yazılıb
  • da (də) 2009 Dec 03