Tacikistanlı araşdırmaçı Nəzərov “Ayətullah Xamenei kimi bir şəxsiyyət, İslam dünyası üçün bir qürur və iftixar qaynağıdır” dedi
İİR Servisi/Aran Agentliyi
Tacikistanlı araşdırmaçı Nəzərov “Ayətullah Xamenei kimi bir şəxsiyyət, İslam dünyası üçün bir qürur və iftixar qaynağıdır” dedi.
İsra.Az saytının Farsnyusa istinadlı xəbərinə əsasən, İranın Qum şəhərində təşkil edilən “Camiat-ul Mustafa əl-Aləmiyə” adlı qısa müddətli bir kursa qatılmaq üçün Tacikistandan gələn qrupa Başçılıq edən Dövlət Nəzərov, İslami İranla əlaqədar təəssüratlarını izah edəndə “İranda Ayətullah Seyid Əli Xamenei kimi bir dini rəhbərin olmağı bizim üçün də bir qürur və iftixar qaynağıdır” dedi.
Nəzərov həmçinin “Mərkəzi Asiya ölkələrində xalqların çoxu Sünni və Hənəfi məzhəbinə mənsubdur. Biz də Hənəfi olaraq, məzhəbimizin Hz Əli (ə) və Əhli Beytə bağlılıqları baxımından qabaqcıl olduğunu elan edirik” ifadəsini söyləyib, “Mərkəzi Asiya ölkələrində Hənəfi olan ailələr arasında hər uşaqdan ən az birinin adı Əli, Həsən və ya Hüseyndir” deyə əlavə etdi.
Nəzərov həmçinin “Avropada fərqli dinlər və məzhəblərin bir yerdə olmasına baxmayaraq, o ölkələr dünyəvi mənfəətlər uğruna birləşib tək bir güc ola biliblər” deyə xatırladıb, “Əgər İslami məzhəblərin alimləri, bir-birləriylə davamlı surətdə yaxşı əlaqədə olsalar, heç bir əcnəbi araya girib məzhəb qarşıdurması və ixtilaf yarada bilməz” deyə vurğuladı.