Bu gün İran İslam Respublikasında İmam Xomeyni adına İmdad Komitəsi tərəfindən 20 min gəncin (10 min cüt) toy mərasimi keçiriləcək
İİR Servisi/Aran Agentliyi
FaktXəbərin İran dövlət televiziyasına istinadən verdiyi məlumata görə, toy mərasiminin təşkili üçün 60 milyard rial (6 milyard dollar) xərclənib. Toy mərasimi Qədir-Xum bayramı münasibəti ilə keçirilir. Bundan başqa, bu gün İmdad Komitəsinin imkansız ailələr üçün nəzərdə tutulmuş müxtəlif layihələrinin də təqdimatı olacaq.