Tarix : 2009 Dec 05
Kod 15156

Azərbaycanda hicaba qarşı heç bir rəsmi qadağa yoxdur

Misir Mərdanov: "Xanımların universitetə hicablı gəlməsində heç bir problem görmürəm"
Azərbaycan Servisi/Aran Agentliyi

Azərbaycanda mütəmadi olaraq universitetlərdə hicabın qadağan edilməsi ilə bağlı məsələ qaldırılır. Müxtəlif hüquq müdafiə təşkilatları bu məsələ ilə bağlı monitorinqlər aparır və monitorinqlər zamanı hicabın qadağası aspektindən bir çox insanların haqlarının pozulması faktları qeydə alınır. Universitet rəhbərləri hesab edirlər ki, hicablı xanımlar digər tələbələrdən seçilir və guya dünyavi dövlət prinsiplərinə ziddiyət təşkil edirlər. Məhz buna görə onlar hicablı tələbə və müəllimləri hicablarını çıxarmağa vadar edir və bununla da insan haqlarını kobud şəkildə pozurlar.

Əslində isə bir daha məlum olur ki, Azərbaycanda hicaba heç bir rəsmi qadağa yoxdur. Bu barədə də təhsil naziri Misir Mərdanov bir daha bəyan edib. “Mən xanımların hicab geyməsini qlobal bir problem kimi görmürəm və dövlət səviyyəsində buna qarşı hər hansı konkret qadağanın tədbiq edilməsini prinsipial məsələ hesab etmirəm”, - deyə nazir qeyd edib.

Nazirin bu sözləri əslində insan haqlarının müdafiəsi rakursundan yüksək dəyərləndirilməlidir. Belə alınır ki, hicablı tələbə və müəllimləri dərslərə buraxmayan ali məktəb rəhbərləri həm insan haqlarını, həm də Azərbaycan qanunlarını kobud şəkildə pozub. Müəllim və tələbələr ölkə qanunlarına görə də hicabda ola bilərlər. Bu onların seçimi və haqqıdır ki, bu haqqı heç kəs onların əlindən ala bilməz.// Deyerler

  • Yazılıb
  • da (də) 2009 Dec 05