Tarix : 2009 Dec 05
Kod 15157

Bakıda taxta sexində güclü yanğın başlayıb

Bakı şəhərində yerləşən taxta sexlərindən birində güclü yanğın baş verib
Azərbaycan Servisi/Aran Agentliyi

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən anspress-ə verilən məlumata görə, yanğın saat 14.30 radələrində Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 5 ünvanında meydana gəlib.
Yanğınla bağlı I dərəcəli çağırış verilib. Yanğının qarşısının alınması üçün hadisə yerinə 5 yanğınsöndürən maşın cəlb olunub. Hazırda 40-50 kvadratmetrdə başlayan yanğın 100 kvadrat metrədək əraziyə yayılıb. Yanğın davam etdiyindən xəsarət alanaların olub-olmaması, səbəbləri hələlik məlum deyil.

  • Yazılıb
  • da (də) 2009 Dec 05