Tarix : 2009 Dec 05
Kod 15158

Permdə kafe partladı: 104 ölü

partlayış nəticəsində 104 nəfər ölüb, 139 adam xəsarət alıb. Kafedə pirotexnikanın partladığı güman edilir
Rusia Servisi/Aran Agentliyi
Rusiyanın Perm şəhərindəki kafelərdən birində partlayış baş verib. Hüquq-mühafizə orqanlarının ilkin məlumatlarına görə, partlayış nəticəsində 104 nəfər ölüb, 139 adam xəsarət alıb. Kafedə pirotexnikanın partladığı güman edilir. Ölənlərin əksəriyyətinin dəm qazından xilas olmaq istəyən kütlə arasında yaranan basabasda ayaqlar altında qaldığı bildirilir.

Partlayış yerli vaxtla saat 23.15-də (Bakı vaxtı ilə 00.15) “Xromaya loşad” (“Axsaq at”) klubunda baş verib. Hazırda hadisə yerində yanğınsöndürmə briqadaları və xilasedicilər işləyirlər.
  • Yazılıb
  • da (də) 2009 Dec 05