Mahmud Əhmədinejad İsfahanda şəhid ailələri və yaxınları ilə keçirdiyi görüşdə ABŞ-ın Həzrəti Mehdi (ə.f)-in zühürunun qarşısını almaq üçün addımlar atdığını bildirib
İİR Servisi/Aran Agentliyi
İslam-Azeri.az internet qəzetinin İran mətbuatına istinadən verdiyi xəbərə görə Mahmud Əhmədinejad İsfahanda şəhid ailələri və yaxınları ilə keçirdiyi görüşdə ABŞ-ın Həzrəti Mehdi (ə.f)-in zühürunun qarşısını almaq üçün addımlar atdığını bildirib.
“Bu son seçkilərdə tək bir mərkəzdən istiqamətləndirilən yüzlərlə düşmən şeypuru “İran artıq zəiflədi, indi onu ələ keçirmək zamanı gəldi” şüarları ilə təbliğat etdi. Amma İran xalqının bu kiçik övladı hegemon nizamının zirvəsinə(BMT tribunası) çıxıb oradan siz korsunuz, İran xalqı sizi yerinizə oturdacaq deyə vurğuladı”-deyən Əhmədinejad İraq-İran müharibəsində də İranın məğlub edəcəyini düşünənlərin seçkilərdən sonra yeni planlarla İslam nizamını yıxacaqlarına əmin olduqlarını bildirib.
İraqın ABŞ tərəfindən işğal edildiyinə və sərvətlərinin talan edildiyini də xatırladan İran prezidenti “Bu hegemonların İraqda neft və milli sərvətlərdə gözlərinin olması həqiqətdir. Amma bütün bunların arxasında onların başqa bir planları da var. Bu plana əsasən də onlar hərəkət edirlər. Əlbəttə bunu xəbərlərində ifşa etmirlər. Biz onların sənədlərini ələ keçirdik: “Onlar bu bölgədə Peyğəmbər ailəsindən birinin zühur edəcəyini və dünyadakı bütün zalımların kökünü kəsəcəyinə inanırlar. Onlar bütün bu planları, İmam Mehdinin zühurunun qarşısını almaq üçün edirlər və onlar İranın zühur zəminini hazırladığını və onun idarəsinin köməkçisi olduğunu da çox yaxşı bilirlər” deyib.
Nüvə proqramına görə İsrailin İrana hücum edəcəyi ilə bağlı xəbərlərə də münasibət bildirən Mahmud Əhmədinejad sözlərini belə davam edib”Sionist rejimin İrana hücum edəcəyini söyləyirlər. Sionist rejim heç bir şey deyil, onların yeddi sülaləsi, müttəfiqlərilə cəm olub İrana hücum etsələr belə heç bir şey edə bilməzlər”.