Rusiyada əsasən müsəlman tatarların yaşadığı Nijni Novqorod şəhərindəki ən böyük məscid satlığa çıxarılıb
Rusia Servisi/Aran Agentliyi
«Yeni Şərq»in verdiyi məlumata əsasən, Rusiyada əsasən müsəlman tatarların yaşadığı Nijni Novqorod şəhərindəki ən böyük məscid satlığa çıxarılıb. Məscidin qumarxana sahibi işadamına aid olduğu, qumarxanalar bağlandığı üçün iflasa getdiyi və bu vəziyyətdən çıxmaq üçün məbədi satdığı bildirilib. Məlumata görə, məscidin 105.7 milyon rubl (2 milyon 875 min manta) borcu var və bu borcu ödəmək imkanı olmayan işadamı onu 600 milyon rubla (16 milyon 320 min manat) satışa çıxarıb. Məscidin satışı qəzetlərə verilən elanlarla ictimaiyyətə çatdırılıb. Məscidin imamı, hər ay camaatdan təxminən 60 min rubl (1632 manat) sədəqə toplandığını, bu pulun isə sadəcə məscidin kommunal xərclərinə çatdığını deyib.