ABŞ xarici işlər naziri Hillari Klinton, İrana təzyiqin asan olmadığın etiraf edərək, önümüzdəki həftələrdə bu ölkəyə qarşı sanksiyaların artırılacağını bildirib
İİR Servisi/Aran Agentliyi
Xanım Klinton, İrana qarşı təzyiqin tətbiqinin onlar üçün asan olmadığını bildirərək, ayrıca olaraq dünyada İrana qarşı təzyiqlərin edilməsinin lazım olduğu fikirini müdafiə edənlərin get-gedə artdığını söyləyib.
FaktXəbərin "İnterfax"a istinadən verdiyi məlumata görə, Hillari Klinton, Amerikanın "NPR" radiosuna verdiyi müsahibədə dünyanın İrana qarşı təzyiqləri artırdığını bildirərək, "Yaxın zamanlarda biz də bu sahədə ciddi addımlar atmağa başlayacağıq" - deyə əlavə edib.
Klinton daha sonra, ABŞın İrana qarşı hansı təzyiq və ya sanksiya tətbiq edəcəyiylə bağlı suala "Vaşinqton, hər vaxt bu işin asan olmadığını bilir" - deyə qeyd edib.