Tarix : 2009 Dec 08
Kod 15203

Ermənistanda orta məktəblər bağlanıb

Ermənistanda "donuz qripi" ilə bağlı orta məktəblər və uşaq bağçalarında tətil elan olunub
Ermənistan Servisi/Aran Agentliyi

Ermənistanda orta məktəblər və uşaq bağçaları qrip epidemiyası ilə əlaqədar dekabrın 19-na qədər bağlanıb. “Armenia today” portalının verdiyi məlumata görə, elm və təhsil naziri Armen Aşotyan panika üçün əsas olmadığını, vəziyyətin nəzarətdə saxlanıldığını deyib. O bildirib ki, karantin ali təhsil müəssisələrinə aid deyil. Nazirin fikrincə, dekabrın 8-dən 19-na qədər olan müddət epidemioloji durumu aradan qaldırmaq və virusun yayılmasının qarşısını almaq üçün kifayətdir(apa).

Qeyd edək ki, son məlumatlara əsasən Ermənistanda “donuz qripi”nə 35 yoluxma haqlı qeydə alınıb.

  • Yazılıb
  • da (də) 2009 Dec 08